Yanvarın 31-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Union Energy” şirkəti ilə İsrailin Aralıq dənizi hövzəsində ən iri qaz yataqlarından biri olan və böyük önəm daşıyan “Tamar” layihəsində effektiv olaraq 10 % payın alınması üzrə müqavilə imzalayıb.
SOCAR-ın məlumatında deyilir ki, müqavilənin qüvvəyə minməsi üçün müəyyən şərtlərin yerinə yetirilməsi, o cümlədən müvafiq qaydada tənzimləyici və digər təsdiqlərin alınması tələb olunur.
“Bununla da SOCAR Aralıq dənizi hövzəsində “upstream” sahəsində investisiya layihələrini həyata keçirməyə başlayır. SOCAR xarici ölkələrdə strateji aktivlərdə iştirak payının alınması istiqamətində bundan sonra da fəaliyyətini davam etdirəcək”, məlumatda deyilir.
“Tamar” təbii qaz yatağı Aralıq dənizində İsrail sahillərində yerləşir. 2009-cu ildə kəşf edilib və 2013-cü ildən istifadəyə verilən yatağın 389 milyard kubmetr təbii qaz ehtiyatına malik olduğu təxmin edilir.
“Tamar” layihəsinin operatoru Amerikanın Chevron şirkətidir.
2024-cü ilin mart ayına olan açıq mənbə məlumatlarına əsasən, səhmdarlar: Chevron Corp. (ABŞ) - 25%, Isramco (İsrail) - 28,75%, Mubadala Energy (BƏƏ) - 11%, Union Energy (Nigeriya)- 11%, Tamar Petroleum (İsrail) ) - 16,75%, Dor Gas (İsrail) - 4% və Everest (İsrail) - 3,5%.
AmerikanınSəsi
SOCAR Aralıq dənizində “Tamar” qaz yatağında pay alıb