Müharibə cinayətkarı Haaqada mühakimə olunmalıdır

Vaşinqtonda fələstinli tərəfdarlar İsrailin baş naziri Netanyahunun Ağ Evə səfərinə etiraz ediblər. Etirazçılar Netanyahunu “müharibə cinayətkarı” elan edərək, onun Qəzzadakı hücumlara görə mühakimə olunmasının vacibliyini vurğulayıblar. ABŞ-ın İsrailə dəstəyini tənqid edən etirazçılar prezident Trampı “bu vəhşi işğala son qoymağa” çağırıblar.

ABŞ-ın paytaxtı Vaşinqtonda toplaşan Fələstinin tərəfdarları İsrailin baş naziri Benyamin Netanyahunun Ağ Evə səfəri zamanı etiraz aksiyası keçirib. Etirazçılar Netanyahunun Qəzzada hərbi cinayətlər törətdiyini iddia edərək, ABŞ prezidenti Donald Trampı İsrailə verdiyi dəstəyə görə tənqid ediblər.

Netanyahu və Tramp Oval kabinetdə görüşərkən, Ağ Evin qarşısına toplaşan yüzlərlə insan əllərində “Azad Fələstin”, “Soyqırımın baş naziri” və “Netanyahu müharibə cinayətkarıdır” yazılı lövhələr tutub. Etirazçılar İsraili Qəzzaya hücumlarını dayandırmağa və Netanyahunun Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunmasına çağırıblar.

Nümayişçilər arasında olan ravvin Yitzchok Deutsch, "Netanyahu öz cinayətlərini qanuniləşdirmək üçün yəhudilikdən istifadə edir. Prezident Trampa səslənirəm: Əgər həqiqətən sülh istəyirsənsə, İsrailin Fələstini işğalını dayandırmalısan".

Etirazçılar ABŞ-ın İsrailə verdiyi hərbi və iqtisadi dəstəyə reaksiya verib və Bayden administrasiyasının İsrailə silah yardımını dayandırmalı olduğunu vurğulayıblar.

Ağ Ev və İsrail hökuməti etirazla bağlı heç bir açıqlama verməyib.