Jurnalist Şahnaz Bəylərqızının "Toplum TV işi” ilə bağlı saxlandığı bildirilir. Onun istintaq zərurəti ilə əlaqədar saxlandığı deyilir.
Bu məlumatı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən yerli saytlara təsdiqləyiblər.
"Toplum TV işi” ilə bağlı həbslər ötən ilin martından başlayıb. Həmin vaxt bu işlə əlaqədar həbs edilənlər III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun üzvləri Ramil Babayev, İlkin Əmrahov, Əli Zeynal, habelə ToplumTV-nin təsisçisi Ələsgər Məmmədli və redaktoru Müşfiq Cabbar idi.
Bu ilin yanvarında əlavə olaraq həmin işlə əlaqəli Fərid İsmayılov da həbs edilib.
"ToplumTV işi" üzrə həbs olunanlar əvvəlcə 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilirdi. Daha sonra onlara qarşı Cinayət Məcəlləsinin 162-1.1 (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2 (xüsusilə küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (...xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1 (Vergiləri,... ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.
Əvvəlki ittihamlarla şəxsə 8 ilədək həbs verilə bilərdisə, indi cəza müddəti 12 ilə çata bilər.
Müdafiə tərəfi vurğulayıb ki, sözügedən ittihamlarla razılaşmırlar və bu ittihamlar üçün prosessual əsas yoxdur.
Jurnalist Şahnaz Bəylərqızı saxlanıb