21 July 2024

İsrailin Yəmənə endirdiyi zərbələr nəticəsində 6 nəfər ölüb, 80 nəfər yaralanıb

İsrail Hərbi Hava Qüvvələrinin iyulun 20-də Yəmənin Hudeyda şəhərinin limanına hücumu nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

Bu barədə “Reuters“ məlumat yayıb. Hava zərbəsi nəticəsində 80 nəfər yaralanıb.

Yanğınsöndürmə dəstələrinin səylərinə baxmayaraq, hələ limanda yanğını söndürmək mümkün olmayıb.

Adidas İsrailin reaksiyalarından sonra Bella Hadidin yer aldığı reklamı silib

Bella Hadid isə karyerası bitsə belə, Fələstini dəstəkləməyi heç vaxt dayandırmayacağını deyib.

1972-ci il Münhen Olimpiadaları üçün nəzərdə tutulmuş ikonik SL72 model ayaqqabının tanıtımında Bella Hadidi markanın reklam siması kimi göstərən Adidas, cümə günü İsraildən gələn reaksiyalardan sonra "kampaniya səylərinin nəzərdən keçirildiyini" açıqlayıb.

Daha sonra Alman brendinin rəsmi hesablarından Fələstin əsilli modelin yer aldığı yazıların silindiyi görülüb.

İsraillilər yenidən kütləvi etirazlara başlayıblar

Minlərlə israilli Qəzza zolağında saxlanılan girovların tezliklə azad edilməsi tələbi ilə kütləvi etiraz aksiyaları keçirib.

Bu barədə TASS məlumat yayıb. 

Nəşr qeyd edir ki, etirazçılar ölkənin baş nazirini  oğurlanmış şəxslərin azad edilməsi ilə bağlı saziş imzalanana qədər ABŞ-yə planlaşdırılan səfərindən imtina etməyə çağırırlar.

Pakistan Netanyahunu "terrorçu" kimi tanıyacaq

Pakistan hökuməti İsrailin baş naziri Benyamin Netanyahunu rəsmən “terrorçu” kimi tanımaq və beynəlxalq ictimaiyyəti də buna çağırmaq qərarına gəlib. 
 
Operativtv.com Unikal-a istinadən xəbər verir ki, Pakistan Baş naziri Şahbaz Şərifin siyasi məsələlər üzrə müşaviri Rana Sanaullah, informasiya və yayım naziri Attaullah Tarar və Tehrik-i Lebbeyk Pakistan Partiyasının (TLP) nümayəndələri ölkənin paytaxtı İslamabadda birgə mətbuat konfransı keçiriblər.