BGMİ şeyxindən başsağlığı mesajı

Az.shafaqna.com xəbər verir ki, İran prezidentinin olduğu helikopter qəzasında həyatlarını itirənlərlə bağlı BGMİ-nin şeyxi Hacı Faiq Nəbiyev başsağlığı verib.

Rəsmi səhifəsində yayımlanan mesajda deyilir:

“Bağışlayan və mehriban Allahın adı ilə

(إنا لله وإنا إليه راجعون)
“Allahdan gəlmişik və Ona tərəf qayıdacağıq.”
İran İslam Respublikasının Prezidenti Ayətullah Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Məhəmməd Əli Ali Haşim və bir neçə mühüm dövlət rəsmisinin helikopter qəzasında vəfat etməsi xəbəri bizi dərindən sarsıtdı. Bu kədərli hadisə ilə əlaqədar dost İran dövlətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Allahdan mərhumlara rəhmət və dost İran xalqına səbir və dözüm diləyirik.”