İsrail hərbçisi öldürüldü

Livanda vəziyyət yenidən kəskinləşir, sərhəddə toqquşmalar intensiv xarakter alır.

Livanın cənubunda baş verən hücum zamanı İsrail ordusunun 19 yaşlı çavuşu Liran Ben Tsion həlak olub.

Məlumata görə, o, Holon şəhərindən idi və zirehli briqadanın 9-cu batalyonunda xidmət edirdi. Hücumun İsrail hərbçilərinin toplandığı nöqtəyə yönəldiyi bildirilir.

“Hizbullah” hücumu öz üzərinə götürərək İsrail ordusuna zərbə endirdiyini açıqlayıb. Hadisə nəticəsində daha bir hərbçinin yaralandığı qeyd olunur.