Ənsarullah ABŞ-ın təyyarə gəmisini vurub

Yəmən Ənsarullah Hərəkatı Qırmızı dənizin şimalında Yəmənə hücum üçün hazırlıq görərkən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Harry Truman təyyarə gəmisinə intensiv hava hücumu həyata keçirdiklərini iddia edib.

Ənsarullahın əl-Mesirah televiziyasında verdiyi açıqlamaya görə, Qırmızı dənizin şimalında Yəmənə hücum üçün hazırlıq görülərkən, ABŞ Hərbi Dəniz Qüvvələri 2 qanadlı raket və 4 pilotsuz uçuş aparatı ilə USS Harry Truman təyyarə gəmisinə hücum edib.

"Qırmızı dənizin şimalında Amerika təyyarədaşıyan gəmisi USS Harry Truman-a qarşı yüksək keyfiyyətli hərbi əməliyyat həyata keçirdik" deyən açıqlamada, bu hadisənin Amerikanın Yəmənə böyük hava zərbəsi endirməyə hazırlaşdığı bir vaxtda gerçəkləşdiyini bildirib.