Yanvarın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucovun məhkəmə iclasında ara qarışıb, təqsirləndirilən şəxsə və məhkəməni izləməyə gələnlərə qarşı Penitensiar Xidmətin əməkdaşları tərəfindən təzyiq göstərilib.
Səbəb dövlət ittihamçısının Möhyəddin Orucovun polis şöbəsində üzərinə baxış keçirilməsi ilə bağlı videogörüntülərin məhkəmədə nümayiş etdirilməsini istəməsi olub.
Vəkil Nazim Musayev buna etiraz edib. O bildirib ki, iş üzrə üç şahiddən bu gün cəmi biri dindirilib, hələ dindirilməmiş iki şahid olduğuna görə görüntülərin nümayiş etdirilməsi qanunaziddir.
“Kamera görüntüləri sübutlar siyahısındadır və yalnız dindirilmələr başa çatdıqdan sonra sübutların dəyərləndirilməsi mərhələsində baxış keçirilə bilər”, vəkil deyib.
Hakimsə prokurorun vəsatətini təmin edib və videogörüntülərin məhkəmə zalında nümayiş etdirilməsinə qərar verib. İlk saniyələrdə görüntülərdə otaqda polis əməkdaşları və Möhyəddin Orucov görünüb. Təqsirləndirilən şəxsin vəkili və Möhyəddin Orucovun məhkəmə zalında əyləşən atası görüntülərin nümayişinə etiraz edib.
Penitensiar Xidmətin işçiləri şüşə qəfəsə daxil olaraq M.Orucovu şüşəyə sıxışdırıblar. Danışmaması üçün əlləriylə ağzını tutublar, qollarını arxadan qandallayıblar. Dustaqla kobud davranış məhkəmə zalında oturanların etirazına səbəb olub. Bu zaman Penitensiar Xidmətin əməkdaşları məhkəmə zalında əyləşənləri də kobud şəkildə zaldan çıxarmağa başlayıblar. Nəzarətçilər adamlara qarşı kobud davranıblar və küçə söyüşlərindən istifadə ediblər. Zaldakıları itələdikləri üçün məhkəməni izləməyə gələnlərdən Sara Rəhimovanı yerə yıxıblar. Möhyəddin Orucovun ailə üzvlərinə qarşı da kobudluq olub.
Bir il əvvəl həbs olunan ictimai fəal narkotikin qanunsuz dövriyyəsində təqsirləndirilir. Ötən məhkəmə iclasında isə Möhyəddin Orucov bildirmişdi ki, işlədiyi Transformator Zavodunda işçilərin əmək hüquqlarının pozulması ilə bağlı dövlət qurumlarına şikayət edib və bundan sonra rəhbərliyin sifarişi ilə polis tərəfindən şərlənib.
İşçi Masası Həmkarlar İttifaqının ümumilikdə dörd üzvü həbsdədir. Onlar həbslərini ölkədə işçi hüquqlarının müdafiəsi istiqamətindəki fəaliyyətlərilə əlaqələndirirlər.
Toplum TV
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub