Braziliya bazar ertəsi İndoneziyanın rəsmi olaraq BRİKS-ə qoşulduğunu elan etdi.
İndoneziya BRICS-ə tamhüquqlu üzv kimi qoşulub. Braziliya hökumətinin verdiyi bəyanat ölkənin Xarici İşlər Nazirliyinin rəsmi saytına ötürülüb.
Braziliya hökuməti yanvarın 1-də başlayan və 2025-ci il dekabrın 31-dək davam edəcək BRİCS-ə prezidentlik müddəti çərçivəsində yanvarın 6-da İndoneziya Respublikasının BRİKS-ə tamhüquqlu üzv olmasını açıqladı.
İndoneziyanın üzvlük müraciəti 2023-cü ilin avqustunda Yohannesburqda keçirilən sammitdə qrup liderləri tərəfindən yekdilliklə qəbul edilib.
Bununla belə, üzvlük prosesi İndoneziyada keçirilən prezident seçkiləri və yeni hökumətin formalaşmasından sonra tamamlana bilər. Bundan əvvəl, dekabrın 20-də Braziliyanın xarici işlər naziri Mauro Vieira bəyan etmişdi ki, BRİKS indi G20 formatına yaxınlaşan struktura çevrilib.
Rusiya prezidenti Vladimir Putin mətbuat konfransında verdiyi açıqlamada bir çox ölkənin BRİKS-in inkişafına böyük maraq göstərdiyini vurğulayıb.
Putin təşkilatda qəbul edilən bütün qərarların yekdilliklə qəbul edildiyini və BRİKS-in Qərbə qarşı alət olmadığını, onun üzvlərinin xeyrinə işlədiyini bildirib.
Daha bir ölkə BRİKS-in tamhüquqlu üzvü oldu