Azərbaycan Kikboksinq Federasiyasının I vitse-prezidenti, kikboksinq üzrə dünya və Avropa çempionu Ramal Aslanov şübhəli şəxs qismində tutulub

Azərbaycan Kikboksinq Federasiyasının I vitse-prezidenti, kikboksinq üzrə dünya və Avropa çempionu Ramal Aslanov şübhəli şəxs qismində tutulub.
O, kikboksinq üzrə məşqçi və əməkdar idman ustası, Dövlət Sərhəd Xidmətinin mayoru Fuad Zeynalova bir qrup şəxsin hücum edib, onu döyməsini sifariş etməkdə ittiham olunur.
Fuad Zeynalov yanvarın 4-də gecə saat 3 radələrində paytaxtın Xətai rayonu ərazisindəki restoranlardan birindən çıxarkən hücuma məruz qalıb.
Ətrafdakı kamera görüntülərilə hücumda iştirak edənlərin kimliyi müəyyənləşdirilib. Nəticədə Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədov saxlanılıb. Saxlanılan şəxslərdən bir neçəsinin idmançı olduğu bildirilir.
Fuad Zeynalov iddia edir ki, ona qarşı hücum Ramal Aslanovun sifarişi ilə baş verib. Onun sözlərinə görə, Ramal Aslanovla aralarında xeyli vaxtdır gərginlik yaşanırdı.
Bu gərginlik noyabrda Yunanıstanda keçirilən Avropa çempionatından başlayıb.
“Lord” ləqəbli Ramal Aslanovun artıq qurumun prezidenti Orxan Əliyevin qərarı ilə vəzifəsindən kənarlaşdırıldığı bildirilir.
 
 
MeydanTV