TANAP ilə nəql edilən Azərbaycan qazının həcmi açıqlanıb

Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) istismara veriləndən 31 dekabr 2024-cü il tarixinədək Türkiyə və Avropaya 73,54 milyard kubmetr Azərbaycan qazı nəql edib.

Bu barədə “SOCAR Turkiye Enerji” şirkətinin baş icraçı direktoru Elçin İbadov İstanbulda keçirilən mətbuat konfransında bildirib.

"2024-cü il dekabrın 31-nə TANAP ilə nəql edilən qazın ümumi həcmi 73,54 milyard kubmetr təşkil edib. Bu həcmin 30,8 milyard kubmetri Türkiyəyə, 42,74 milyard kubmetri isə Avropaya göndərilib", - E.İbadov qeyd edib.

 

Report.az