Oktyabrın 10-da saat 12.30-da Bakı Apellyasiya Məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə bloger Mehman Hüseynovun şikayətinə baxılacaq. Məhkəmə iclası açıq olacaq. Bu barədə Amerikanın Səsinə vəkil Şəhla Hümbətova bildirib.
Avqustun 24-də Qaradağ Rayon Məhkəməsi hakim Rəşad Məmmədovun sədrliyi ilə Mehman Hüseynovun vaxtından əvvəl şərti azadlığa buraxılması barədə müraciətini təmin etməyib. Məhkəmə iclası Hüseynovun saxlanıldığı Bakı şəhəri, Qızıldaş qəsəbəsindəki 14 Saylı Cəzaçəkmə Müəssisəsində baş tutub.
M.Hüseynovun vəkili Şəhla Hümbətova məhkəmədən sonra bildirib ki, cəzaçəkmə müəssisəsinin rəhbərliyinin məhkəməyə verdiyi rəyə görə bloger hələ islah olunmayıb. Buna əsas kimi onun müəssisədəki ictimai tədbirlərdə, iməcilik işlərində iştirak etməməsi göstərilib. Rəhbərlik iddia edib ki, bloğer müəssisə əməkdaşlarına qarşı səmimi deyil.
Hüseynov Cinayət Məcəlləsinin 76-cı (vaxtından əvvəl şərti azad edilmə) maddəsinə əsaslanaraq, məhkəməyə müraciət edib. Bloger ona verilmiş iki il azadlıqdan məhrumetmə cəzasının artıq 1 il 6 ayından çoxunu çəkib.
M.Hüsenov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkməsinin qərarı ilə polisə böhtan atma ittihamı ilə iki il müddətinə azadlıqdan məhrum edilib.
Buna səbəb 2017-ci ilin yanvarnda M.Hüseynovun Nəsimi Rayon Polis İdarəsində saxlanılması olub. O, məhkəmənin qərarı ilə 200 manat cərimə edilərək sərbəst buraıxlıb. Məhkəmədən sonra M.Hüseynov polis idarsində işgəncələrə məruz qalması haqğında açıqlama verib. Bundan sonra adı çəkilən cinayət işi başlanılıb.
Bloger həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.
Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. Videolar geniş ictimai müzakirələrə yol açıb. Onun facebook səhifəsinin 350 minə yaxın izləyicisi var.
Ancaq hakimiyyət rəsmiləri Azərbaycanda jurnalist və blogerlərin peşə fəaliyyəti ilə bağlı həbs edilmədiyini bildirir.
Mehman Hüseynovun apellyasiya şikayətinə baxılacaq

Oxşar xəbərlər