Mehman Hüseynova anasını dəfn etməyə icazə verildi

"Bloger Mehman Hüseynov anasının dəfn mərasimində iştirak edə biləcək", bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov Haqqın.az saytına verdiyi açıqlamada bildirib. 

Şura sədrinin sözlərinə görə, razılıq Mətbuat Şurasının Azərbaycan Penitensiar Xidmətinə etdiyi müraciətdən sonra mümkün olub.