'Tənqidçilərin susdurulmasında Azərbaycan hakimiyyəti sərhəd tanımır''
ABŞ və Avropadan bir qrup jurnalist və hüquq müdafiəçisi Azərbaycan hakimiyyətini həbsdə olan bloger Mehman Hüseynovu dərhal və qeyd-şərtsiz azad etməyə çağırıb.
“Turan”ın xəbərinə görə, bununla bağlı yanvarın 10-da Vaşinqtonda Amerika Milli Mətbuat Mərkəzində tədbirdə çıxış edən “PEN America” klubuna rəhbərlik edən Tomas Melia deyib ki, söhbət hökumətin tənqidçilərini susdurmaqdan gedəndə Azərbaycan hakimiyyəti sərhəd tanımır.
“Azad edilməsinə bir neçə həftə qalmış blogerə qarşı yeni ittihamlar Azərbaycan hakimiyyətinin tənqidi jurnalistikaya görə onu cəzalandırmaq məqsədilə atdığı amansız addımdır. Hüseynovun məhkəmə təqibinin güclənməsi Azərbaycanda narazı səslərin susdurulmasına yönəlmiş qeyri-insani addımdır”, T.Melia deyib.
“Amerikanın səsi” radiosunun məlumatına görə, blogerin qardaşı, Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) direktoru Emin Hüseynov bildirib ki, Mehman Hüseynova aclığı dayandırması barədə təzyiqlər olmasına baxmayaraq o möhkəm dayanıb, aclıq aksiyasını davam etdirir.
“Onun beynəlxalq dəstəyə daha çox ehtiyacı var. Biz yalnız Mehman üçün deyil, Azərbaycandakı bütün siyasi məhbuslar üçün vəziyyəti dəyişməliyik”, - E.Hüseynov deyib.
RATİ direktoru hakimiyyətin Mehmanın aclığı dayandırması üçün onun ailəsinə də təzyiq göstərməyə başladığını bəyan edib.
“İndi artıq atama da təzyiqlər artır. Atama deyirlər ki, sən gərək Mehmanla görüşüb aclığı dayandırmasını tələb edəsən. Atamın səhhəti ilə bağlı narahatlıq keçirirəm. O bir neçə dəfə xəstəxanaya aparılıb, onun da səhhəti pisləşib. Atamın 67 yaşı var. Biz bir neçə ay əvvəl anamızı da itirmişik”.
Jurnalist və “Amnesty İnternational ABŞ”-da Azərbaycan üzrə mütəxəssis Aleks Raufoğlu bildirib ki, dünya Azərbaycanın Mehmana necə münasibət göstərdiyinə diqqət yetirməlidir.
“Azərbaycanda həqiqət tərəfdarlarının təqibi sistemi yaradılıb”, deyə o əlavə edib.
“Amnesty İnternational”-dan Daniel Balson əlavə edib ki, Azərbaycan “insanları dinc şəkildə fikirlərini bildirdiklərinə görə həbsə atdığı halda ciddi tərəfdaş roluna iddia edə bilməz”.
Tədbir iştirakçıları ABŞ hökumətini Mehman Hüseynovun müdafiəsində daha sərt mövqe tutaraq, onun işi ilə əlaqəsi olan Azərbaycan məmurlarına qarşı sanksiyalar tətbiq edilməsi məsələsinə baxmağa çağırıblar.
Hazırda məhbus həyatı yaşayan və azadlığına iki ay qalmış bloger Mehman Hüseynova qarşı yeni cinayət işi açılıb.
Penitensiar Xidmətin mətbuat xidmətinin yaydığı məlumata əsasən, dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb.
Məlumata görə, bloger müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib. Xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.
Məlumatda bildirilir ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Yeni cinayət işinə etiraz əlaməti olaraq Mehman Hüseynov aclıq elan edib.
ABŞ-dan Mehman Hüseynovun işinə dair məmurlara sanksiyalar tələb edirlər

Oxşar xəbərlər