Həbsdə olan bloger Mehman Hüseynovun ailə üzvləri Mərkəzi Neftçilər Xəstəxanasından onun anası Firəngiz Hüseynovanın vəfatı haqqında sənəd ala bilmirlər.
Sənəd olmadan vəkillər Mehman Hüseynovun dəfn mərasimində iştirak üçün azad edilməsi haqqında rəsmi müraciət verə bilmirlər.
Vəkil Şəhla Hümbətovanın Turan-a verdiyi məlumata görə, blogerin atasına həyat yoldaşının ölümü haqqında arayış vermirlər. Vəkilin sənədin verilməməsinin səbəbi haqqında məlumatı yoxdur.
"Biz burada, xəstəxananın qarşısında nə vaxt sənəd verəcəklərini gözləyirik", deyə vəkil bildirib. Bununla belə, o qeyd edib ki, vəkillər Penitensiar Xidmətə blogerin müvəqqəti azadlığa buraxılması üçün onun anasının ağır xəstəliyi haqqında arayış təqdim ediblər .
Həkimlər blogerin anasının ölümü haqqında arayış vermirlər

Oxşar xəbərlər