Videobloger Mehman Hüseynov "IndexAwards2019" mükafatına namizəddir

"Senzura indeksi" beynəlxalq jurnalist təşkilatının məlumatında qeyd olunur ki, M.Hüseynov mətbuat azadlığının pozulduğu Azərbaycanda jurnalist və hüquq müdafiəçisidir.
 
 O, korrupsiya və insan hüquqlarının pozulması əleyhinə reportajları ilə tanınır.
 
M.Hüseynov 400 iddiaçı arasında 16 nominantdan ibarət siyahıya düşüb. Bu barədə bloger öz facebook səhifəsində məlumat paylaşıb.
 
Namizədlər arasında Əfqanıstan, Kamerun, Kolumbiya, Misir, Nigeriya, Səudiyyə Ərəbistanı, Serbiya, Türkiyə, Ukrayna və ABŞ nümayəndələri var.
 
Mehman Hüseynov saxta böhtan ittihamı ilə mühakimə olunmuşdu və iki il həbs cəzasından sonra 2019-cu il martın 2-də azadlığa çıxıb.
 
Azadlığa çıxma ərəfəsində ona qarşı yeni cinayət işi açılmışdı, lakin ölkə daxilində və xaricdə etirazların nəticəsində ittiham götürüldü.