Bu gün İran İslam Respublikasının Biləsuvar şəhərində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırovun və İran İslam Respublikası İqtisadiyyat və Maliyyə nazirinin müavini, İran Gömrük Administrasiyasının rəhbəri Forod Asqarinin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş keçirilib.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat verilib.
Görüş zamanı praktiki əməkdaşlıq imkanları əsasında nəqliyyat vasitələrinin keçid məntəqələrindən sinxron buraxılması, eləcə də elektron məlumat mübadiləsinin həyata keçirilməsi, operativlik və gələcək əməkdaşlığın əlaqələndirilmiş şəkildə inkişaf etdirilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb. Tranzit prosedurları, o cümlədən, Azərbaycandan İran İslam Respublikasının ərazisi ilə Naxçıvan Muxtar Respublikasına və əks istiqamətdə hərəkət edən yük nəqliyyat vasitələrinin sürətli keçidi məqsədilə hərəkət intensivliyinə dəstək göstərilməsi məsələləri müzakirə edilib və istiqamətlər müəyyən olunub.Tədbirin sonunda görüşün protokolu imzalanıb.
Görüşdən sonra Azərbaycan nümayəndə heyəti İran İslam Respublikasının ərazisindəki Biləsuvar gömrük postunun, İran nümayəndə heyəti isə Azərbaycan Respublikası Biləsuvar dövlət sərhədindən buraxılış məntəqəsinin fəaliyyəti ilə tanış olublar.
Azərbaycanla İran arasında gömrük əməkdaşlığının genişləndirilməsi müzakirə edilib