Mehman Hüseynova azadlıq tələb etdiklərinə görə inzibati həbsdə olanlar şikayət edirlər
“Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq” tələbi ilə yanvraın 6-da keçirilən aksiyada saxlanaraq, inzibati qaydada həbs edilənlərin saxlanma şəraitindən narazılıq etdikləri bildirilir.
Söhbət Mete Türksoy, İsmayıl Nadirli və Qoşqar Əhmədovdan gedir.
Mete Türksoy İnzibati Xətalar Məcəlləsinin (İXM) 513.1 (Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında”) maddəsi ilə ittiham edilirdi. O, 25 sutka inzibati həbsə məruz qalıb.
İXM-nin 513.2 (Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə) maddəsi ilə ittiham edilən Qoşqar Əhmədov və İsmayıl Nadirli isə 20 sutka inzibati həbs cəzasına məhkum olunublar.
Onların yaxınları Meydan TV-yə deyiblər ki, gənclər hazırda Binəqədidəki təcridxanada saxlanılırlar. İnzibati qaydada həbs olunan gənclər bu günlərdə bir neçə dəqiqəliyə ailələri ilə telefonla əlaqə saxlaya biliblər.
“Saxlanma şəraitindən narazılıq edirlər. Deyirlər ki, digər saxlanılanlarla müqayisədə onlara tamamilə fərqli yanaşırlar. Yataqların çirkli olduğunu, dəyişdirilmədiyini deyirlər. Yeməkdən də narazıdılar. Deyirlər ki, çay içiləsi deyil, səhərlər bir dilim çörək, 10 qram yağ verirlər, vəssalam. Günortaya sup, çörəyin dörddə birini verirlər. Axşamlar isə 1 dilim çörək, bir tikə toyuq əti ilə qidalanırlar”, - həbdəki gənclərin yaxınları deyiblər.
Onların sözlərinə görə, gənclərə sovqat verilməsinə də qadağa qoyulub.
Yaxınlarının deməsinə görə, hər 3 gəncin gəzinti və telefonla danışıq hüququna da müdaxilə edilir.
“Zəng edəndə dedilər ki, gün ərzində hamının 3 saata kimi gəzinti hüququ var, ancaq onlara vur-tut 4 dəqiqəlik icazə verirlər. Telefon danışıqlarını da dinləyirlər. Başqa saxlanılanlar özləri zəng edə bilir, onlara ancaq nəzarətçilərin müşaiyəti ilə telefonla danışmaq imkanı verirlər”.
Gənclərin yaxınları bildirib ki, məsələ ilə bağlı Ombudsmana və əlaqəli digər qurumlara müraciət edəcəklər.
Mehman Hüseynov aclıq aksiyası keçirir. Buna səbəb haqqında başlanmış yeni cinayət işidir. Penitensiar Xidmətin mətbuat xidmətinin yaydığı məlumata əsasən, dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb.
Məlumata görə, bloger müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib. Xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Məlumatda bildirilir ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib. Bloger Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin şikayəti əsasında həbs edilib. O, bu ilin martında azadlığa buraxılmalı idi.
''Səhərlər bir dilim çörək və 10 qram yağ verirlər''

Oxşar xəbərlər