"Toplum TV işi" üzrə sonuncu məhkəmə prosesi keçirilib

İyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Toplum TV işi" üzrə sonuncu məhkəmə prosesi keçirilib.

Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslər son sözlə çıxış edib.

Daha sonra məhkəmədə hökm oxunub.

Məhkəmənin hökmü ilə, Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri Akif Qurbanov 15, "Toplum TV" həmtəsisçisi Ələsgər Məmmədli 14, siyasətçi Ruslan İzzətli 15, IDI əməkdaşları Ramil Babayev 13, Əli Zeynal 14, İlkin Əmrahov 13, "Toplum TV" əməkdaşları Müşfiq Cabbar 13, Fərid İsmayılov 12, Elmir Abbasov 11 il 11 ay 28 gün  müddətinə azadlıqdan məhrum edildi.

"Toplum TV işi" üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb.

"Toplum TV işi" üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.