Sədr Hərəkatının Lideri Müqtəda Sədr çağırışında İranı İraqı (ABŞ bazalarını) bombalamağı dayandırmağa, İraq rəhbərliyini suverenliyi və təhlükəsizliyi təmin etməyə, silahlı qrupları Körfəzə bəhanə verməməyə, Ərəb ölkələrini isə İsraillə normallaşmadan, ABŞ-ın diqtəsi ilə əməliyyatlara qoşulmaqdan və xarici bazalardan uzaq durub sülhü seçməyə çağırıb.
Bəyanatda deyilir:
“İraq torpaqları müqəddəs yerlər və Peyğəmbər (s) Əhli-beyti (ə) məzhəbinin paytaxtıdır. Bu müqəddəs torpaqlar İslam Respublikasını bombalamaq üçün bir platforma olmadığı halda, İnqilab Keşikçilərindəki (SEPAH) qardaşlar da bizim müqəddəs və müstəqil torpaqlarımızı bombalamamalıdırlar. Eynilə, nəzarətsiz silahlı qruplaşmalar da Ərəb Körfəzindəki qardaşlara müqəddəs torpaqlarımızı hədəf almaq üçün bəhanə verməməlidirlər.“
Sözlərinə davam edən Sədr, hər kəsin qardaşlıq və sülh ruhu nümayiş etdirməli, sionist-amerikan düşməninin qardaşları müharibə və qarşıdurmaya sövq etmək planlarının arxasınca getməməli olduğunu deyib.
Daha sonra Müqtəda Sədr “Bütün ölkələr tərəfindən müqəddəs İraq torpaqlarının hədəf alınmasını pislədiyim kimi, nəzarətsiz silahlı qruplaşmaların İraqı heç bir faydası olmayan bir müharibəyə çəkmək yönündəki həyasız əməllərini də pisləyirəm. İraq hökumətini təhlükəsizliyi təmin etməyə, suverenliyi bərqərar etməyə, İraq xalqının və onun müqəddəsatının təhlükəsizliyi üçün ciddi çalışmağa və mənfur məzhəbçi xurafatlara sürüklənməyin qarşısını almağa çağırıram.”, -deyə əlavə edib.
Sədrin bəyanatının sonunda deyilir: “Təəssüflər olsun ki, İraqın və xalqının sülhə ehtiyacı var; müharibələr İraqın bütün resurslarını və ləyaqətini tükəndirdi. Həmçinin daxildə və xaricdə olan, müqəddəs İraqda təhlükəsizliyi pozmaq üçün məzhəbçiliyi bəhanə edəcək gizli terror yuvalarına qarşı diqqətli olmağa çağırıram. Bu, bütün qonşu ölkələrə sülh çağırışımdır. (ABŞ) bazalar(ın)dan, (İsraillə) normallaşmadan və (ABŞ kimi dövlətlərin) mənfur müstəmləkəçi ağalığından uzaq yaşayaq.“
Sədrin bu bəyanatı, çərşənbə günü sübh tezdən İraqın müxtəlif bölgələrindəki Həşdi Şabiyə aid bir neçə qərargahın Səudiyyə-ABŞ müştərək bombardmanına məruz qalmasından sonra gəlib.
Hücumda ən azı 20 nəfər ölüb, 32 nəfər isə yaralanıb; ölənlərin dəqiq sayı ilə bağlı hələlik son məlumat verilməyib.
Müqtəda Sədr: Bu, bütün qonşu ölkələrə sülh çağırışımdır!