Netanyahu ilə görüşdə senatorun geyimi müzakirələrə səbəb oldu

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-yə səfəri çərçivəsində Vaşinqtonda demokrat senator Con Fetterman ilə görüş keçirib.

Görüşün əsas müzakirə mövzusu tərəflər arasında aparılan danışıqlardan daha çox senatorun rəsmi protokoldan kənar geyim seçimi olub.

Pensilvaniya ştatını təmsil edən senator Con Fetterman görüşə kostyum əvəzinə şort və kapüşonlu sviterlə qatılıb. Onun qeyri-rəsmi geyimi qısa zamanda sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və beynəlxalq medianın diqqətini cəlb edib.

Görüşdən yayılan görüntülərdə Fettermanın ayağını ayağının üstünə aşıraraq əyləşdiyi, tez-tez mobil telefonuna baxdığı və Netanyahu ilə göz təması qurmadığı diqqət çəkib.

Qeyd edək ki, Fettermanın rəsmi tədbirlərdə rahat geyimə üstünlük verməsi ilk dəfə deyil. O, 2024-cü ilin iyununda İsrailə səfəri zamanı da Netanyahu ilə kapüşonlu sviterdə görüşmüşdü. Maraqlı orasındadır ki, onda da, İsrailin baş naziri ilə görüşdə qeyri rəsmi geyimdə olmuşdu.