İran İslam Respublikasının Azərbaycandakı səfirliyi Musavat.com-da yayımlanan xəbərlə bağlı redaksiyaya rəsmi məktub ünvanlayıb.
Səfirliyin 31 iyul 2026-cı il tarixli məktubunda iyulun 31-də saytda dərc olunan “İran sakinindən Trampa çağırış: Hökumət yıxılanadək hücumları davam etdirin” başlıqlı xəbərə etiraz ifadə olunub. Diplomatik nümayəndəlik materialda adı açıqlanmayan mənbəyə və “bir Əhvaz sakini”nə aid edildiyi bildirilən sitata istinad edilməsini qeyri-peşəkar yanaşma kimi qiymətləndirib.
Səfirlik məktubunda bildirib ki, naməlum mənbələrə əsaslanan bu cür məlumatların İran xalqı və dövləti barədə mənfi ictimai rəy formalaşdırmağa xidmət etdiyini hesab edir. Diplomatlar belə xəbərlərin dərcindən narahat olduqlarını vurğulayıblar.
Məktubda həmçinin qeyd olunub ki, 85 milyonluq İran xalqının mövqeyinin bir nəfərin təsdiqlənməmiş fikri ilə təqdim edilməsi doğru yanaşma deyil. Səfirlik Xuzistan əhalisinin tarix boyu xarici müdaxilə və təhdidlərə qarşı vahid mövqe nümayiş etdirdiyini bildirərək, həmin xəbərdə yer alan fikirlərin İran cəmiyyətinin real mövqeyini əks etdirmədiyini bəyan edib.
Diplomatik nümayəndəlik daha sonra qonşu dövlətin milli təhlükəsizliyinə qarşı yönəldiyi iddia olunan əsassız materialların dərcinin, təxribat xarakterli ittihamların irəli sürülməsinin və mənfi rəy formalaşdırılmasının beynəlxalq hüquq normalarına, mehriban qonşuluq prinsiplərinə və Azərbaycan-İran münasibətlərinin inkişafına uyğun olmadığını bildirib.
Səfirlik məktubun dərc olunacağına və gələcəkdə bu xarakterli materialların yayılmasından çəkiniləcəyinə ümid etdiyini də ifadə edib.
İran səfirliyi Musavat.com-da yayımlanan xəbərlə bağlı etiraz məktubu göndərib