Rakurs.tv-nin verdiyi məlumata görə, oktyabrın 17-də Bakı Apellyasiya Məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə jurnalist, blogger Mehman Hüseynovun şərti azadlığa buraxılması ilə bağlı Qaradağ rayon Məhkəməsinin 24 avqust tarixli qərarından verilən apellyasiya şikayəti təmin edilməyib, məhkəmə ilkin prosesin qərarını qüvvədə saxlayıb. Qeyd edək ki, prosesdə M. Hüseynovun özü və vəkili Fuad Ağayev, media, ictimaiyyət nümayəndələri də iştirak ediblər.
Xatırladaq ki, 9 yanvar 2017-ci il tarixində saat 19:30- radələrində jurnalist, blogger Mehman Hüseynov oğurlanaraq naməlum istiqamətə aparılmış və ondan heç bir xəbər alınmamışdı. Daha sonra jurnalistin Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparıldığı və ona qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə təqsirli bilindiyi məlum olmuşdu. 10 yanvar 2017-ci il tarixdə Nəsimi rayon Məhkəməsi bloggerin 200 manat cərimə cəzasına məhkum edərək onu azadlığa buraxmışdı. Həmin vaxt orada mediaya açıqlama verən jurnalist işgəncəyə məruz qalması barədə açıqlama verib. Bundan sonra Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev onu xüsusi ittiham qaydasında məhkəməyə verərək Mehman Hüseynovun Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib. 3 mart 2017-ci il tarixdə Suraxanı rayon Məhkəməsi Hüseynovun 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. 15 dekabr 2017-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsi bu qərardan verilən apellyasiya şikayətini təmin etməyib. 25 iyun 2018-ci ildə Ali Məhkəmə apellyasiya qərarından verilən kassasiya şikayətini təmin etməyib.24 avqust 2018 -ci il tarixdə Qaradağ rayon Məhkəməsi jurnalistin şərti azadlığa buraxılması ilə bağlı şikayəti təmin etməyib.
Mehman Hüseynovun apellyasiya şikayəti təmin olunmadı
Oxşar xəbərlər