Səudiyyə Yəmənə qarşı çoxmillətli koalisiya yaradır

“The Guardian” qəzeti Səudiyyə Ərəbistanının Qırmızı dəniz vasitəsilə neft ixracını hədəf alan Yəmən blokadasını qırmaq üçün dənizdən və ehtimal ki, Yəmənin daxilindən Səna hökumətinə qarşı yeni bir hərbi hücum hazırladığını bildirib.

Yəmən mənbələri hesab edir ki, Səudiyyə qoşunları ölkənin şərqindən geri çəkilməyə başlayıb və bu, Yəmənin mərkəzindəki əl-Bayda əyalətində mümkün quru əməliyyatına hazırlıq ola bilər.

Bu arada, Ər-Riyadın Qırmızı dənizdə və Bab əl-Məndəb boğazında gəmiləri Səna hökumətinə sadiq olan Yəmən ordusunun əməliyyatlarından qorumaq üçün “çoxmillətli dəniz koalisiyası” yaratmağa çalışdığı bildirilib.

Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin cümə axşamı verdiyi açıqlamaya görə, Türkiyə, Pakistan, Misir, Sudan və Cibuti də daxil olmaqla 14 ölkə çoxmillətli dəniz müdafiə koalisiyasını dəstəkləyən birgə bəyanat yayıb.