Artıq İraqda Ərbəin (İmam Hüseynin (ə) şəhadətinin 40-cı günü) münasibətilə yürüşlər başlayıb. Bu, hər il milyonlarla insanın qatıldığı, İmam Hüseynin (ə) qırx mərasiminə həsr olunmuş dini mərasimdir. Onun tarixi və strateji əhəmiyyəti haqqında çox yazılıb və geniş araşdırmalar aparılıb. Lakin bu yazının məqsədi həmin mövzunu təhlil etmək olmadığından, bu məsələnin üzərində ətraflı dayanmayacağıq.
Yürüşə dünyanın müxtəlif guşələrindən zəvvarlar qatılaraq bir zamanlar İmam Səccadın (ə), Xanım Zeynəbin (s.ə.) və digər Kərbəla əsirlərinin addımladığı yolu hüzn, qüssə və eyni zamanda böyük şərəf hissi ilə qət edirlər. Nəcəfdən Kərbəlaya uzanan bu eşq səfəri təsviri çətin olan, bənzəri olmayan bir hadisədir.
Şübhəsiz ki, bu yürüşün əsas mahiyyəti İlahi dəyərlərin qorunması və yaşadılmasıdır. Ərbəin zülmə etirazın, məsum İmama qarşı törədilmiş haqsızlığa "yox" deməyin və bu çağırışı bütün dünyaya çatdırmağın simvoludur. Bununla yanaşı, Ərbəin müxtəlif məna və mesajlar daşıyan bir hadisədir. Hər kəs ona fərqli rakursdan yanaşa bilər. Ancaq bir həqiqət dəyişmir: dünyanın müxtəlif ölkələrindən gələn milyonlarla insanın iştirakı ilə keçirilən bu yürüş İslam vəhdətinin ən möhtəşəm və canlı təzahürlərindən biridir.
Təsəvvür edin ki, İslamın vacib ibadətlərindən biri olan Həcc ziyarəti belə iştirakçı sayı və yürüşün miqyası baxımından Ərbəinlə müqayisədə daha məhdud görünür. Halbuki Həcc daha rahat, təhlükəsiz və müasir imkanlarla təşkil olunur. Ərbəin zəvvarları isə təxminən 100 kilometrlik yolu yandırıcı günəş altında piyada qət edir, halbuki bu yürüş vacib ibadət hesab edilmir. Buna baxmayaraq, insanlar bütün bu çətinlikləri yalnız eşqin və iman çağırışının təsiri ilə qəbul edir və dünyaya misilsiz birlik və bərabərlik mesajı nümayiş etdirirlər.
Səssiz, lakin olduqca təsirli olan Ərbəin yürüşü dilləri, mədəniyyətləri, düşüncə və davranış fərqlərini arxa plana keçirərək milyonlarla insanı vahid ümmət anlayışı ətrafında birləşdirə bilir. Bu, Ərbəinin bənzərsiz xüsusiyyətlərindən biri olmaqla yanaşı, İslamın vəhdət çağırışının da canlı nümunəsidir.
Bu yürüşdə hər bir insan milli mənsubiyyətindən daha çox ümmətin bir üzvü kimi addımlayır. Diqqət etsəniz, səfər boyu heç bir xalq öz milli kimliyini ön plana çıxarmağa çalışmır. Bunun səbəbi Ərbəinin insanları ümmət anlayışı ətrafında birləşdirməsi və mənəvi bayraq altında toplamasıdır. Hətta yerli xalq olan iraqlılar belə yürüş zamanı dövlət bayraqlarını nümayiş etdirməkdən çəkinərək bu vəhdət mühitini qorumağa çalışırlar.
Azərbaycan zəvvarlarına edilən iradların da mahiyyəti bundan ibarətdir. Bayraq hər bir xalq üçün qürur mənbəyi və müqəddəs dövlət rəmzidir. Heç kim öz bayrağına qarşı hörmətsizliyi qəbul etmir və etməməlidir. Lakin Ərbəin yürüşünün mahiyyəti ümmətçilik prinsipinə əsaslandığı üçün yürüş müddətində milli bayraqların qaldırılmaması ilə bağlı edilən tövsiyələr hər hansı xalqın bayrağına qarşı deyil, bu ümumi mənəvi atmosferi və vəhdət prinsipini qorumağa xidmət edir.
Unutmayaq ki, Ərbəin hər hansı konfrans, yarış və ya siyasi tədbir deyil. Bu, dini mərasimdir. Din isə bu mərasimi ümmətçilik prinsipi üzərində quraraq müxtəlif xalqları vahid mənəvi dəyər ətrafında birləşdirir. Bu baxımdan Ərbəin Kəbədə həyata keçirilən ibadətə bənzəyir. Necə ki, Kəbəni təvaf edən zəvvarın milli atribut nümayiş etdirməsi həmin ibadətin ruhuna uyğun hesab olunmur, Ərbəin yürüşündə də eyni yanaşma mövcuddur. Milli bayraqların qaldırılmaması ilə bağlı edilən tövsiyələrin əsas məqsədi də məhz bu dini və mənəvi mühiti qorumaqdır.
Ərbəin yürüşü və Azərbaycan bayraqlarının qaldırılması: problem nədədir?