ABŞ diplomatları Fransa nümayəndələrinin çıxışına etiraz olaraq BMT Təhlükəsizlik Şurasının iclas zalını tərk ediblər. Buna səbəb Parisin insan hüquqları məsələsində Vaşinqtonu sərt tənqid etməsi olub.
Fransa ilə ABŞ arasında qarşılıqlı ittihamlar BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkün yenidən bu vəzifəyə təyin olunması ilə bağlı səsvermədən sonra başlayıb. İyulun 24-də keçirilən səsvermədə Türk Fransa da daxil olmaqla, ölkələrin əksəriyyətinin dəstəyini qazanıb. ABŞ isə onun yenidən təyin edilməsinə qarşı çıxıb.
Səsvermədən sonra Fransanın BMT-dəki nümayəndəliyi “X” sosial şəbəkəsində Vaşinqtonun mövqeyini tənqid edib.
“ABŞ əvvəllər insan hüquqlarının müdafiəsində mayak rolunu oynayırdı. İndi isə belə deyil. Bu gün ABŞ Şimali Koreya, Nikaraqua, Mali və Rusiya ilə eyni sırada, təcrid vəziyyətində qalıb. Dünya artıq onu dinləmir”, - paylaşımda bildirilib.
ABŞ-nin BMT-dəki səfiri Mayk Uolts cavabında Fransanı “insan hüquqlarını ən kobud şəkildə pozan bəzi ölkələri” dəstəkləməkdə günahlandırıb. O bildirib ki, Paris ABŞ, Böyük Britaniya və İsrail də daxil olmaqla, demokratik ölkələri tənqid edən bir şəxsin lehinə səs verib.
İyulun 27-də BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclasında gərginlik daha da artıb. Fransa nümayəndələrinin çıxışı başlayan zaman ABŞ diplomatları etiraz əlaməti olaraq iclas zalını tərk ediblər.
“Associated Press” Vaşinqtonla Paris arasındakı bu qarşıdurmanı ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə Avropa ölkələri arasında dərinləşən fikir ayrılıqlarının növbəti təzahürü kimi qiymətləndirib. Bu fikir ayrılıqları NATO çərçivəsində əməkdaşlıq, ABŞ qoşunlarının və silahlarının Avropadakı mövcudluğunun azaldılması kimi məsələləri də əhatə edir.
ABŞ diplomatları Fransa nümayəndələrinə etiraz olaraq BMTTŞ-nın iclas zalını tərk ediblər