İyulun 29-da altı inanclı xanımın növbəti məhkəmə iclası baş tutub. Bakı şəhəri Xəzər Rayon Məhkəməsində keçirilən iclasda vəkillər vəsadət qaldıraraq inanclı xanımlar üçün ev dustaqlığı ilə bağlı qərar verilməsini istəyiblər. Hakim vəsadətləri rədd edib.
Bundan sonra inanclı xanımlar çıxış ediblər. Hər bir xanım ilk növbədə barələrində vəkilin vəsadət olaraq qaldırdığı ev dustaqlını rədd ediblər. Onlar hakimə bildiriblər ki, heç bir günahları olmadan həbs olunublar və məhkəmədən yeganə istəkləri barələrinə bəraət hökmünün verilməsidir.
Xanımlar işdə qeyd edilən güya onların şüar səsləndirməsi kimi fikirləri də yalanlayıblar. Bildiriblər ki, bütün ehsan paylama müddətində yalnız növhə səsləndirilib. Bunu da telefon və kiçik səsgücləndiricilər vasitəsi ilə ediblər ki, bu da İmam Hüseynin (ə) əza məclisinə xarakterikdir. Onlar dediklərinə sübut olaraq telefon çəklişlərində əks olunan görüntüləri hakiminin diqqətinə çatdırıblar.
Şərqiyə Sadıqova ümumiyyətlə ehsan paylanılan məkanda olmadığını, o günü işdə olduğunu məhkəməyə bildirib. Evə qayıdarkən yolda saxlanıldığını bildirərək o, bu işə məcburi daxil edildiyini deyib. Həmçinin Arzu Hüseynova da ehsan paylanılan zaman tam fərqli bir məkanda, əza məclisində olduğunu söyləyib və onu da yoldan həbs etdilərini hakimin diqqətinə çatdırıb. Hər iki qadın dediklərinə ərazidə olan çəkilişlərin sübut olaraq göstəriblər ki, onlar yayımlanan kadrlarda görünmürlər.
Məhkəmə iclası öz işini 9 sentyabr saat 15:00-a qədər ertələyib.
Xatırladaq ki, Nigar Bağırova, Xoşqədəm Quliyeva, Şərqiyyə Sadıqova, Arzu Hüseynova, Aytən İbrahimova və Şəhla Fərəcova avqustun 15-də Binə qəsəbəsində İmam Hüseynin (ə) 40 mərasimi (Ərbəin) günündə ehsan payladıqları üçün saxlanılıblar.
İnanclılar barəsində məhkəmə Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə cinayət işi başladıb.
Xanımlar heç bir ittiham aktını qəbul etmir və məhkəmədən barələrində bəraət hökmünün çıxarılmasını tələb edirlər.
İnanclı xanımların məhkəməsi davam edib; onlar hakimdən bəraət istəyiblər