4 nəfərə inzibati həbs verilib, 4 nəfərə cərimə kəsilib
Nizami Rayon Məhkəməsi bloger Mehman Hüseynovun azad edilməsi tələbi ilə aksiya keçirdiklərinə görə saxlanılan səkkiz ictimai fəal haqda hökm çıxarıb.
Hakim Mətanət Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə Səxavət Nəbiyev 20, Nurlan Qəhrəmanlı, Elimxan Ağayev 21, Əfqan Sadıqov 22 sutka inzibati cəza alıblar.
Bundan başqa Mətanət Mahmırzayeva, Pərvin Abışova 300 manat, Fərid Abdinov 400 manat cərimə olunublar.
Hakim Babək Qasımovun sədrlik etdiyi iclasda Fatima Mövlami 300 manat cərimə edilib.
Aksiya yanvarın 3-də Bakının “Neftçilər” metrostansiyasının çıxışında keçirilib. Aksiya iştirakçılarından 20 nəfərə yaxını polis tərəfindən saxlanılsalar da, sonradan onların bir hissəsi sərbəst buraxılıb. Həbs müddətinin bitməsinə iki ay qalmış, Mehman Hüseynova qarşı yeni ittihamlar irəli sürülüb.
Penitensiar Xidmətin mətbuat xidmətinin yaydığı məlumata əsasən, dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb.
Məlumata görə, bloger müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib. Xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.
Məlumatda bildirilir ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Mehman Hüseynova azadlıq tələb edən 8 ictimai fəala hökm oxunub

Oxşar xəbərlər