İnsan Hüquqları Müdafiəçilərinin Müdafiəsi üzrə Observatoriya (OMCT-FIDH) və bəyanata qoşulan təşkilatlar Azərbaycanda həbsdə olan beş qadın jurnalistə qarşı pis rəftar, hədə-qorxu və zəruri tibbi yardımın göstərilməməsi barədə məlumatlardan ciddi narahatlıq ifadə ediblər.
Bəyanatda “Meydan TV işi” üzrə həbs edilən Aytac Tapdıq (Əhmədova), Ülviyyə Əli (Quliyeva), Aysel Ümüdova və Xəyalə Ağayeva, həmçinin “Abzas Media işi” üzrə 8 il azadlıqdan məhrum edilmiş Nərgiz Absalamovanın vəziyyətindən bəhs olunur.
Təşkilatlar bildirirlər ki, jurnalistlərə qarşı fiziki, seksual zorakılıqla hədələmə və psixoloji təzyiq iddialarının effektiv araşdırılmaması, eləcə də onların tibbi müayinələrə çıxışının məhdudlaşdırılması Azərbaycanın daxili qanunvericilik və beynəlxalq insan hüquqları öhdəliklərinə uyğunluğu ilə bağlı ciddi suallar yaradır.
Bəyanata əsasən, fevralın 18-də Bakı İstintaq Təcridxanasında Aysel Ümüdova, Xəyalə Ağayeva və Aytac Tapdığın saxlanıldığı kamerada müəssisə rəisinin müavini Cavid Güləliyevin rəhbərliyi ilə axtarış aparılıb.
Jurnalistlər hesab edirlər ki, axtarış adi təhlükəsizlik tədbiri olmayıb və onların fevralın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində şüşə qəfəsdə saxlanılmalarına etiraz etmələrinə görə həyata keçirilib.
Onların sözlərinə görə, əvvəlcə qadınların saxlanıldığı kamerada axtarışı yalnız qadın əməkdaşların aparacağı bildirilsə də, prosesə kişi əməkdaşlar da qoşulublar. Şəxsi əşyaların əl ilə yoxlanılmasına etirazdan sonra vəziyyətin gərginləşdiyi qeyd olunur.
Bəyanatda bildirilir ki, Aysel Ümüdova sanitar qovşaqdan istifadə etmək üçün bir dəqiqə vaxt istəsə də, əməkdaşlardan biri qapını zorla açıb, jurnalisti dərhal bayıra çıxarıb və üzərində axtarış aparılıb.
Aytac Tapdıq və Xəyalə Ağayevanın isə təhqir edildiyi, qollarının arxaya burulduğu, başları aşağı əyilmiş vəziyyətdə itələnərək kameradan çıxarıldığı iddia edilir. Aytac Tapdığın gəzinti həyətinə, Xəyalə Ağayevanın isə başqa otağa aparıldığı və hər iki jurnalistin hadisə zamanı xəsarət aldığı bildirilir.
Jurnalistlərin məlumatına görə, 20-dən çox təcridxana əməkdaşının iştirak etdiyi əməliyyat zamanı onlar fiziki zorakılığa, alçaldıcı rəftara və psixoloji təzyiqə məruz qalıblar.
Bəyanatda jurnalistlərə istinadən qeyd olunur ki, onlar güc tətbiqinə etiraz edərkən Cavid Güləliyev əlini boğazına apararaq, “Boğazıma qədər qanın içindəyəm, belə də olmalıdır”, - deyib.
Jurnalistlər Güləliyevin “Mənim toxumlarım hər yerdədir” ifadəsini işlətdiyini də bildiriblər. Onlar bu ifadəni seksual xarakterli hədə kimi qiymətləndiriblər. Hadisənin müşahidə kameralarının olduğu dəhlizdə və çoxsaylı əməkdaşların gözü qarşısında baş verdiyi qeyd edilir.
Təşkilatların məlumatına görə, jurnalistlərin şikayətləri araşdırılmaq əvəzinə, onlara qarşı təzyiq davam etdirilib. Fevralın 26-da təcridxananın rəisi Elnur İsmayılovun Aysel Ümüdova, Xəyalə Ağayeva və Aytac Tapdığı tibb məntəqəsinə çağıraraq, “Bəyanatlarınıza, yazdıqlarınıza və sözlərinizə diqqət edin”, - dediyi bildirilir. Əks halda, onlara qarşı yeni cinayət işinin başlanacağı barədə xəbərdarlıq edildiyi iddia olunur.
Jurnalistlər sonradan məhkəmədə təcridxanada zorakılığa məruz qaldıqlarını deyərək təhlükəsizlikləri ilə bağlı narahatlıqlarını ifadə ediblər. Onlar Baş Prokurorluğa şikayət göndərərək, müşahidə kameralarının görüntülərinin götürülməsini və sübut kimi araşdırılmasını tələb ediblər.
Şikayətlər Sabunçu Rayon Prokurorluğuna göndərilsə də, bəyanata görə, jurnalistlərin ifadələri yalnız altı həftə sonra alınıb və indiyədək effektiv istintaq qərarı qəbul edilməyib.
Penitensiar Xidmət isə martın 27-də verdiyi yazılı cavabda qanunsuz hərəkətə yol verilmədiyini, saxlanılan şəxslərin təzyiq və işgəncəyə məruz qalmadığını bildirib. Bəyanat müəllifləri cavabda operativ, qərəzsiz və effektiv araşdırma aparıldığına dair məlumatın olmadığını vurğulayıblar.
Observatoriya xatırladır ki, 2024-cü ilin dekabrından 2025-ci ilin avqustuna qədər “Meydan TV” ilə əlaqəli 12 jurnalist həbs edilib. Onların arasında Aytac Tapdıq, Ülviyyə Əli, Aysel Ümüdova və Xəyalə Ağayeva da var. Təşkilat bu ittihamları siyasi motivli və Azərbaycanda müstəqil medianı susdurmağa yönəlmiş hesab edir.
Bəyanatda Aytac Tapdıq və Ülviyyə Əlinin səhhətinin pisləşməsi ilə bağlı ayrıca narahatlıq ifadə olunur.
Məlumata görə, Aytac Tapdığın burun çəpərində əyrilik və xroniki tənəffüs problemi var. Təxminən 19 ay davam edən həbs müddətində onun nəfəs almaq üçün 80-ə yaxın burun spreyi istifadə etdiyi bildirilir.
Təcridxanadakı yüksək rütubətin jurnalistin vəziyyətini daha da ağırlaşdırdığı, buna baxmayaraq onun qulaq-burun-boğaz mütəxəssisi tərəfindən müayinə edilmədiyi, MRT və kompüter tomoqrafiyasına göndərilmədiyi qeyd olunur.
Vəkilin Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə yazılı müraciətinə cavab verilmədiyi, təcridxananın baş həkiminin isə nazirlikdə qulaq-burun-boğaz mütəxəssisinin olmadığını dediyi bildirilir.
Ülviyyə Əlinin isə hipofiz vəzində əvvəlcədən diaqnoz qoyulmuş mikroadenoma da daxil olmaqla bir neçə xroniki xəstəlikdən əziyyət çəkdiyi qeyd olunur. Bu xəstəliyə görə onun hər il MRT və kompüter tomoqrafiyasından keçməli olduğu bildirilir.
Bəyanata əsasən, 2026-cı ilin fevralından etibarən vəkili bu müayinələrin özəl tibb müəssisəsində aparılması üçün dəfələrlə müraciət etsə də, icazə verilməyib.
İyulun 7-də Ülviyyə Əlidə anormal qanaxmasının başladığı, şəxsi həkiminin təcili ginekoloji müayinə və ultrasəs müayinəsi tövsiyə etdiyi bildirilir. Bəyanatın dərc edildiyi tarixədək jurnalistə tələb olunan tibbi yardımın göstərilmədiyi qeyd olunur.
Təşkilatlar “Abzas Media işi” üzrə 8 il həbs cəzası alan Nərgiz Absalamovanın sağlamlıq vəziyyətindən də narahatdırlar.
Bəyanatda bildirilir ki, uşaqlıq dövründən xroniki haymoritdən əziyyət çəkən jurnalist altı aydan çoxdur MRT müayinəsi tələb etsə də, bu müayinə həyata keçirilməyib.
Onun Lənkəran Penitensiar Kompleksinə köçürülməsindən sonra nəfəsalma çətinliyi və şiddətli baş ağrılarının artdığı, gecələr nəfəs ala bilmək üçün hər iki saatdan bir “Naftizin” preparatından istifadə etməyə məcbur qaldığı qeyd olunur.
Nərgiz Absalamovanı mayın 26-da qulaq-burun-boğaz həkimi müayinə etsə də, ona yalnız simptomatik dərmanların yazıldığı və tələb etdiyi MRT müayinəsinə göndəriş verilmədiyi bildirilir. Məsələ ilə bağlı Penitensiar Xidmətə və Ombudsmana müraciət olunsa da, cavab alınmadığı qeyd edilir.
Bəyanat müəllifləri jurnalistlərə qarşı fiziki zorakılıq, seksual qısnama, gender əsaslı zorakılıq və hədə-qorxu iddialarının dərhal və qərəzsiz araşdırılmasını tələb edirlər.
Təşkilatlar Aytac Tapdığın müstəqil qulaq-burun-boğaz mütəxəssisi tərəfindən müayinə olunmasına, MRT və kompüter tomoqrafiyasından keçirilməsinə çağırıblar.
Ülviyyə Əliyə özəl tibb müəssisəsində MRT, kompüter tomoqrafiyası, ginekoloji və ultrasəs müayinələrinin keçirilməsi, Nərgiz Absalamovaya isə MRT və digər zəruri tibbi müayinələrin təmin olunması tələb edilib.
Bəyanatda Aysel Ümüdova, Xəyalə Ağayeva, Aytac Tapdıq, Ülviyyə Əli, Nərgiz Absalamova, eləcə də siyasi motivli cinayət işləri üzrə həbsdə saxlanılan bütün jurnalist və hüquq müdafiəçilərinin dərhal və qeyd-şərtsiz azadlığa buraxılması çağırışı yer alıb.
Təşkilatlar Avropa Şurası, Avropa İttifaqı, ATƏT və BMT-nin müvafiq qurumlarını da jurnalistlərə qarşı pis rəftar, seksual zorakılıq hədələri və tibbi yardımdan məhrumetmə hallarını açıq şəkildə pisləməyə çağırıblar.
Beynəlxalq qurumlardan jurnalistlərin işlərini Azərbaycan hakimiyyəti ilə ən yüksək siyasi səviyyədə qaldırmaq, məhkəmə proseslərini, saxlanma şəraitini və səhhətlərini yaxından izləmək tələb olunub.
Bəyanatda həmçinin Azərbaycanla genişləndirilmiş əməkdaşlığın işgəncələrin qarşısının alınması, pis rəftar və seksual zorakılığa görə məsuliyyətin təmin edilməsi, məhbuslara adekvat tibbi yardım göstərilməsi, müstəqil jurnalistlərə və siyasi məhbuslara qarşı təqiblərin dayandırılması sahəsində konkret irəliləyişlə şərtləndirilməsi istənilib.
Beynəlxalq təşkilatlar həbsdəki beş qadın jurnalistin vəziyyəti ilə bağlı çağırış edib