Bizim acı təcrübəmizdəki həqiqətlər – dəyərli Gürcüstanlı şiə qardaşlarımıza

Hadisələr çox zaman zəngin təcrübə əldə etmək və daha mütərəqqi addım atmaq üçün zəmin olur. Ağıl sahibləri baş verən hər bir məqama ciddi diqqət ayırır. Dünən təkcə tarixə çevrilən hadisələr toplumu deyil, eyni halda gələcəyin qurulması üçün unikal körpü rolunu oynaya bilir.
Son illər olduqca ciddi hədəfə alınan Gürcüstanda yaşayan Azərbaycanlıların, oranın inanclıları, xüsusilə şiələri ilə bağlı yaşanan hadisələr, şübhəsiz ki, Azərbaycan inanclılarının da diqqətində və narahatlıq nöqtəsindədir.
Çoxtərəfli hücumların ən sərt küləyi artıq dünyanın hər bir nöqtəsində Əhli-beyt (ə) məktəbinə nifrətini gizlətməyən Amerika və İsrailin olması heç kəsə gizli deyil. Şiələrə qarşı bütün imkanlarından istifadə edən bu zümrə, illərdir Gürcüstan inanclılarını hədəfə alan əsas tərəfdir.
İslamın dünyada sürətlə artan qüdrəti müqabilində yalançı demokratik dəyərlərin tənəzzülə uğraması, siyasi baxımdan manevr edən Avropapərəst baxış bucaqlarını immitasiya edən müxalif qüvvələrin də sizin ölkədə şiəliyi günün mövzusuna çevirməyə israrlı olması aydındır.
Gözlə görünməyən, lakin İslamın paklığı müqabilində eyş-işrətlə dəyərləri hədəfə alaraq bundan öz maraqları üçün istifadə edən yalançı vətənpərvərlərin “ölkənin itmək təhlükəsi” kimi saxta oyunları da siz əzizləri daxili məngənəyə çəkmək üçün icra edilən “mükəmməl” oyundur.
Dini müstəvidə çıxış edərək ölkənin sürətli müsəlmanlaşmağa doğru getməsi təhlükəsini yaratmağa çalışan digər din və məzhəb nümayəndələrinin qorxu və həyəcanı da yuxarıda qeyd edilən cəbhələrdən birinin təsiri ilə baş verməsi dəqiqdir.
Nəticədə bütün bunlara İlahi iradəyə söykənərək bu oyunları dəf edən siz əzizlərin mətanətli duruşu təqdirəlayiqdir. Amma unutmaq lazım deyil ki, fürsətçilərin uğursuzluğu, onların ən əsas silahdan istifadə üçün bütün imkanları səfərbər etməyəcəyini düşünmək sadəlövlük olardı.
XXI əsrin belə şövqlü Aşuraları, məscidlərin önündə Hüseyn (ə) bayraqları, Aşura yürüşləri bizlər bir əsas nöqtəni qətiyyən ciddiyə almadıq. İldən-ilə artan şiənin şöhrəti məscidlərlə yanaşı, soyuq bir “mənim” qapısını açan qorxulu bir oyuna bizi meydan etdi.
Az qala rəqabət tipinə çevrilən inanc baxışları qısa müddət sonra aramıza uzanan xain əllərin bizi bir-birimizə qarşı necə qoyduğundan xəbərsiz olduq. Bir zamanlar ölkənin dini hadisələrinə müxtəlif kənd və şəhərlərdən eyni tribuna olaraq biri digərini tamamlayan dini mühit, hansı dəstənin, hansı ruhani və tərəfdarının dayanması kimi acı fikirlərlə özünün olma həvəsinə qurban olmağa başladı.
Çarpazlaşan fikirlər öncə inanclıları məscidlərə, daha sonra ruhanilərə, kənd və şəhərlərə, ən son isə təqlid edilən müctəhidlərə qədər zərrələrə ayırıb qarşı-qarşıya qoydu. Bu isə kinli baxışlar fonunda bir azdan sonra digərinin acısına sevinc ironiyasına qədər ağırlaşan bir xəstəliyə çevrildi.
Azərbaycan məscidlərində ruhanilər belə, dövlətin elan etdiyi Ramazan ayının son günü ağızları oruc olmasına baxmayaraq, bayram namazını qılmaq üçün çiyinlərinə peyğəmbər əbası asdılar...
Eyni fürsətçilər sizin də ətrafınızı dolaşır. Sizi uğurun zirvəsində bunun əsas “fədakarını” axtarmaq üçün hər gün qapınızı döyür. Siz nə qədər ki, bir cəbhədə, bir-birinizin yanındasınızsa, sabaha yeni ümid pöhrələri ilə dinin inkişafına zəmin yaratmış olacaqsınız. Əks halda isə...
Müəllifin məqalələri: