Azərbaycan Xalq Cəbhəsi Partiyası həbsdə olan sədri Əli Kərimlinin təcridxanadakı vəziyyəti ilə bağlı yeni məlumat yayıb.
Partiyanın mətbuat xidmətinin açıqlamasına görə, Əli Kərimli ailə üzvləri ilə görüşündə saxlanıldığı kameranın dəyişdirildiyini və ona qarşı tətbiq edilən rejimin daha da sərtləşdirildiyini deyib.
AXCP bildirir ki, Kərimli hazırda digər məhbusların istifadə etdiyi bəzi imkanlardan məhrum saxlanılır. Partiyanın iddiasına görə, onun kamerasında televizor işlədilmir, radio yoxdur, vəkillərinin gətirdiyi qəzetlər və digər mətbuat materialları isə ona təqdim edilmir.
Açıqlamada həmçinin qeyd olunur ki, Əli Kərimlinin gündəlik gəzinti hüququ da tam təmin edilmir. Partiya onun gündə iki saat açıq havada olmaq imkanının məhdudlaşdırıldığını bildirir.
AXCP bundan əvvəl də Kərimlinin ailəsi ilə telefon əlaqəsinə maneələr yaradıldığını açıqlamışdı. Partiyanın həmin vaxt yaydığı məlumata görə, təcridxana rəhbərliyi onun telefon danışıqları zamanı yerli və xarici media nümayəndələrinin suallarını cavablandırmasından narazı qalıb.
Bu iddialarla bağlı rəsmi qurumlardan hələlik açıqlama verilməyib.
Əli Kərimlinin həbs müddəti iyunun 10-da Səbail Rayon Məhkəməsinin qərarı ilə daha 5 ay artırılıb. Bakı Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin qərarını dəyişmədən saxlayıb.
AXCP sədri Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə ittiham olunur. Həmin maddə hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətləri nəzərdə tutur.
Əli Kərimli ötən il noyabrın 29-da saxlanılıb. Həmin gün onun evində axtarış aparılıb. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.
Eyni iş çərçivəsində AXCP Ali Məclisinin katibi Məmməd İbrahim də həbs olunub. Ona da Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Hökumətyönlü media Əli Kərimli və Məmməd İbrahimin saxlanılmasını Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan “Ramiz Mehdiyev işi” ilə əlaqələndirib.
Əli Kərimli isə Ramiz Mehdiyevlə əməkdaşlıq etməsi barədə iddiaları qəbul etmir. O, bu iddiaları “tamamilə əsassız” adlandırıb. AXCP rəhbərliyi də partiya sədrinin həbsini siyasi motivli sayır və bunu “hakimiyyətin növbəti repressiv kampaniyası” kimi qiymətləndirir.
Prezident Administrasiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1-ci, 274-cü və 193-1.3.2-ci maddələri ilə ittiham edilir. Bu maddələr müvafiq olaraq hakimiyyəti zorla ələ keçirməyə və ya konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ittihamlarını əhatə edir.
İş üzrə həbs edilən şəxslərin həbs müddəti noyabrın 13-dək uzadılıb.
Partiya Əli Kərimlinin saxlanma şəraitinin ağırlaşdırıldığını bildirir