Hizbullah İsrailin hərbi mövqelərini hədəfə alıb

Livanın Hizbullah Hərəkatı sionist İsrailin Livanın cənubundakı hərbi mövqelərinə Katyuşa raketləri və müxtəlif silahlarla hücum təşkil etdiyini açıqlayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Hizbullah tərəfindən verilən açıqlamada, işğalçı İsrailin 91-ci briqadasının yerləşdiyi Eyn Zetiemdəki bazaya onlarla Katyuşa raketinin atıldığı bildirilib.

Eyni zamanda qeyd olunub ki, sionist İsrailin işğalı altında olan və Livana məxsus olan Kəfr Şuba təpələrində yerləşən Es-Smaki hərbi bazası və Livanın kəndi ilə üzbəüz yerləşən İsrail hərbi mövqeyində kəşfiyyat məlumat toplama cihazları. Vzani artilleriya atəşinə və idarə olunan raketlərə məruz qalıb.