Rusiyanın enerji nəhəngi "Qazprom" şənbə günü bildirib ki, ciddi elektrik kəsilmələrinə hazırlaşan Moldovanın ödənilməmiş borcuna görə, yanvarın 1-i Qrinviç vaxtı ilə saat 05:00-dan etibarən həmin ölkəyə qaz ixracını dayandıracaq.
Şirkət bildirib ki, istənilən tədbir görmək hüququna malikdir və buna Moldova ilə təchizat müqaviləsinə xitam vermək də daxildir.
Rusiya Moldovaya ildə təqribən 2 milyard kubmetr qaz tədarük edir və bu qaz Ukrayna vasitəsilə separatçı Dnestryanı bölgəsinə ötürülür və orada Moldovanın hökumətin nəzarətində olan hissələrinə satılan ucuz elektrik enerjisi istehsal etmək üçün istifadə olunur.
Moldovanın baş naziri Dorin Reçan Rusiyanın bu qərarını pisləyib. Bunun ardınca isə dekabrın 31-də Ukrayna ilə mövcud tranzit müqaviləsi başa çatdığında Rusiyanın Ukrayna vasitəsilə Avropaya, oradan da Slovakiya, Avstriya, Macarıstan və İtaliyaya qaz ixracı tamamilə dayandırılacaq.
Bunun ən böyük təsirinə Moldova məruz qalacaq.
"Bu qərar Kremlin Dnestryanı bölgəsinin sakinlərini qışın ortasında işıqsız və istiliksiz qoymaq niyyətini bir daha təsdiqləyir," Reçan Facebook-da yazıb və Rusiyanı enerjidən siyasi silah kimi istifadə etməkdə ittiham edib.
Moskva dəfələrlə bu iddiaları rədd edib.
Moldovanın Qərbə meylli mərkəzi hökumətini tənqid edən Rusiya Moldovanın keçmiş tədarüklərə görə borcunu ödəməli olduğunu bildirib. Rusiya hesablamalarına görə, borc 709 milyon dollar təşkil edir. Moldova borcunun 8,6 milyon dollar olduğunu bildirir.
Qazprom bundan əvvəl Moldovaya alternativ marşrutlarla qaz nəql etməyə başlamadan əvvəl onun borcunu ödəməsini istədiyini bildirib.
Dnestryanı və Kişinyovdakı hökumət 2022-ci ildə razılığa gəliblər ki, Moldovanın aldığı bütün Rusiya qazı, yanacaq pulunu ödəməyən separatçı bölgəyə axacaq.
Qaz tədarükü olmasa, elektrik stansiyası fəaliyyətini dayandıra bilər və Moldova və Dnestryanıda, Ukraynanın Rusiyanın müharibə zamanı enerji infrastrukturuna hücumları səbəbindən yaşadığı kimi, elektrik saatlarla kəsiləcək.
Reçan deyib ki, Moldova "tək bir təchizatçıdan asılılığı azaltmaq üçün" qaz təchizatı mənbələrini şaxələndirib.
"Ölkəmiz Kremlin qərarından sonra yaranacaq istənilən vəziyyətin öhdəsindən gəlməyə hazırdır," o deyib.
AmerikanınSəsi
Rusiya yanvarın 1-dən Moldovaya qaz ixracını dayandıracaq