Hacı Ramil Bədəlov silsiləvi cümə xütbəsini bu həftə də sosial media üzərindən davam etdirib. İlahiyyatçı söhbətini təyyarə qəzasında dünyasını dəyişənlərə rəhmət, yaralılara Allahdan şəfa diləməklə başlayıb. Ardınca o, astanasında olduğumuz Rəcəb ayının fəzilətləri, Allah yanında əhəmiyyətindən söhbət açıb. Geniş rəhmətin əhatələndiyi ayın hər anının insan üçün fürsətlər olduğuna ilahiyyatçı diqqət çəkib. Bu ayın Ramazan ayına hazırlıq prossesi olduğunu bildirərək ilahiyyatçı bu məsələdə xüsusi diqqətli olmağı söyləyib.
“Rəcəb-yenidən başlamaq, insanın özünəqaydışı üçün əvəzsiz fürsətdir. Allah bu ayda insana dəyərlər qapısını açıb. Yaradan bu ayı bataqlıqdan çıxmaq, günahdan qurtulmaq ayı olaraq tanıdır. Bu ay “özə”, fitrətə qaydış ayıdır. Allah Rəsulu (s) Rəcəb və Şaban aylarının onun üçün mübarək olmasını Allahdan diləyir və bu ayları Ramazana yol olaraq qiymətləndirir.
Bu aylarda nə qədər ciddi olmağı bacarsaq Ramazanı da ali və mənəvi əldə etmiş olarıq. Elə buna görə də Rəcəb ayının gecə və gündüzünə əməllər buyurulub ki, bunlardan birincisi Allah ünsiyyətinə ayrılıb gecə oyaq qalmaqdır. Rəcəbin ilk günündə İmam Hüseyni (ə) məsafəli və ya məsafəsiz-hansına imkan varsa ziyarət etmək; İmam Səccadın (ə) Rəcəb ayında oxuduğu duanı oxumaq ayın əməlləri sırasındadır.
Eyni halda hər gün tövbələr etmək, İxlas surəsini, La ilahə İlləllah zikrlərinin oxumaq bu ayın fəzilətlərindəndir. Kiminsə qəza orucları qalıbsa, bu ayı fürsət bilsinlər. Qəza niyyəti etsələr də, bu ayın savabını inşallah ki, alarlar. Qəzası olmayanlar isə bu ayda bacardıqları, gücləri yetdiyi qədər oruc tutsunlar. Hədisdə var ki, kim Rəcəbdən bir gün oruc tutarsa bir günlük məsafə qədər cəhənnəm odundan uzaq olar. Rəcəb ayından yeddi gün oruc tutan şəxs isə öz üzərinə cənnətin qapılarını açar.”
İlahiyyatçı bu ayın ən mühim əməllərindən birinin qəlbə nəzarət olduğunu bildirib. O, qəlbin nəzarətini ora daxil olan və xaric olanlara xüsusi yanaşmaqla həyata keçirilməli olaraq dəyərləndirib. Bununla da Hacı Ramil Bədəlov növbəti cümə xütbəsinə son verərək bol-bol dualar edib.
Hacı Ramil Bədəlov bu həftə cümə söhbətində Rəcəb ayının əhəmiyyətindən danışıb