05 October 2024

Haşim Safiyəddinin şəhadəti ilə bağlı yeni iddia

Livan Hizbullah Hərəkatının İcraiyyə Şurasının sədri Seyid Haşim Səfiyuddinin taleyi ilə bağlı yeni iddia ortaya atılıb.

Sky News Arabia-nın İsrail mənbələrdən verdiyi xəbərə görə, Haşim Səfiyuddin cümə günü Beyrutun cənubunda İsrailin hücumu nəticəsində həyatını itirdiyi iddia edilib. Lakin bu xəbər müstəqil mənbələr tərəfindən hələlik təsdiqini tapmayıb.

Ynet: “İsrail İraqa hücum planlaşdırır”

İsrail ordusu oktyabrın 4-də İraqdan işğal altındakı Colana pilotsuz təyyarənin buraxılması nəticəsində 2 İsrail əsgərinin öldüyünü, 23 əsgərin isə yaralandığını açıqlayıb.

İbranicə yayımlanan “Ynet” internet saytı bu gün (şənbə günü) yazıb: İraqdan işğal altındakı Qolana pilotsuz təyyarənin buraxılması zamanı iki əsgərin öldürülməsi və çoxlu sayda insanın yaralanmasından sonra İsrail İraqdakı silahlı qruplaşmalara qarşı tədbir görməyi planlaşdırır.”

Azərbaycan güləşçisi Qazaxıstanda beynəlxalq turnirda bürünc medal qazanıb

Qazaxıstanın Çimkənd şəhərində yunan-Roma güləşi üzrə beynəlxalq turnir start götürüb.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, akademik Mərdan Saparbayevin xatirəsinə keçirilən ənənəvi yarışda məşqçi Akif Əliyevin rəhbərliyi altında U-20 milli komandamızın bir neçə üzvü iştirak edir.

Dünən onlardan biri Kamran Rəcəbli (72 kq) fəxri kürsüyə qalxıb. O, bürünc medal qazanıb.

Şeyxülislam Allahşükür Paşazadənin də qatıldığıTürk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə rəhbərləri Şurasının görüşü keçirilib

Astanada keçirilən Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə rəhbərləri Şurasının görüşündə "İslam cəmiyyətin ənənələrini dəstəkləyir" və "Fətvaların verilməsi üzrə Fiqh məktəbi" adlı sənədlər qəbul olunub.

Astana görüşündə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə iştirak edib.

Avropa Komissiyası Çin avtomobillərinə gömrük rüsumları qoyur

Avropa Komissiyasında Çin istehsalı avtomobillərə rüsum qoyulmasına dair səsvermə keçirilib.

27 üzv ölkədən 10-u rüsumun qaldırılmasının leyhinə, 5 ölkə isə əleyhinə səs verib. 12 ölkə bitərəf qalıb.

Qaydaya görə bu, tariflərin qaldırılması üçün kifayət nəticədir.

Avropa məmurlarının bu barədə Pekinlə danışıqlarının davam etdiriləcəyi bildirilsə də, yeni ixrac rüsumu artıq bu ilin noyabrından 5 il müddətinə tətbiq ediləcək.

ABŞ qanunvericiləri COP29 ərəfəsində Azərbaycanda insan haqları ilə bağlı Dövlət Katibinə müraciət edib

Oktyabrın 3-də ABŞ-ın 58 qanunvericisi Dövlət Katibi Antoni Blinkendən Azərbaycan Prezidenti İlham Əliyevdən gələn ay keçiriləcək COP29 iqlim sammiti ərəfəsində insan hüquqları ilə bağlı təzyiq göstərməyi xahiş edib.