Livan Hizbullah Hərəkatının İcraiyyə Şurasının sədri Seyid Haşim Səfiyuddinin taleyi ilə bağlı yeni iddia ortaya atılıb.
Sky News Arabia-nın İsrail mənbələrdən verdiyi xəbərə görə, Haşim Səfiyuddin cümə günü Beyrutun cənubunda İsrailin hücumu nəticəsində həyatını itirdiyi iddia edilib. Lakin bu xəbər müstəqil mənbələr tərəfindən hələlik təsdiqini tapmayıb.
Livandakı təhlükəsizlik mənbəsi Reuters agentliyinə bildirib ki, İsrail cümə günü bölgəyə zərbə endirdikdən sonra Safiyuddin "əlçatmaz" olub.
Bundan əlavə, üç təhlükəsizlik rəsmisinin sözlərinə görə, İsrailin təkrar hücumları xilasetmə qruplarının Safiyuddin bölgəsində işləməsinə mane olub.
İsrail mediasında yer alan iddiaya görə, Safiyəddinin hücumda yaralandığı təxmin edilir, lakin onun taleyi ilə bağlı hələlik rəsmi məlumat yoxdur.
Haşim Safiyəddinin şəhadəti ilə bağlı yeni iddia