Körfəz ölkələrindən; Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Bəhreyn və Küveyt İran-İsrail münaqişəsində bitərəf olduqlarını bəyan ediblər. Bu ölkələr qırğına şərik olan ABŞ-ın öz hava bazalarından istifadəsinə icazə verməyəcəklərini də açıqlayıblar.
Operativtv Az.rasthaber-ə istinadən xəbər verir ki, xarici KİV-in məlumatına görə, körfəz ölkələri Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Küveyt İran-İsrail qarşıdurmasında bitərəf olduqlarını bəyan ediblər. Bu ölkələr öz ərazilərindəki ABŞ hərbi hava bazalarından İrana qarşı istifadəyə icazə verməyəcəklərini açıqlayıblar.
Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) xarici işlər nazirləri İsrailin İranın neft və nüvə obyektlərinə hücum etməyi düşünməsi xəbərindən sonra Dohada təcili iclas keçirib. Görüşün nəticəsində onlar regionda sabitliyin qorunması üçün bitərəf qalacaqlarını və İrana qarşı hər hansı hərbi əməliyyatlar üçün öz ölkələrindəki hava bazalarından istifadəyə icazə verməyəcəklərini açıqlayıblar.
Körfəz ölkələrindən İran-İsrail münaqişəsində neytrallıq bəyanatı