Qəzzəyə qarşı müharibənin birinci ildönümü ərəfəsində keçirilən bu etiraz aksiyasının iştirakçılarının möhtəşəm seli İsrail rejimi əleyhinə şüarlar səsləndirərək, müharibənin dayandırılmasını, Qəzzə və Livanda dərhal atəşkəs yaradılmasını tələb ediblər.
İştirak edən müxtəlif millətlərdən və dinlərdən olan insanlar əllərində Fələstin və Livan bayraqları ilə: “İşğala son qoyun”, “Fələstini azad edin”, “Livana hücumu dayandırın” kimi şüarlar səsləndiriblər
Aksiyada iştirak edənlər həmçinin ədalətə, aparteidə son qoyulmasına və müharibənin dərhal dayandırılmasına çağıran şüarlar yazılmış plakatlar daşıyıblar.
Rejimin qəddar hərəkətlərinə etiraz edən iştirakçılar əvvəlcə Londonun mərkəzində yerləşən “Russell” meydanına toplaşıblar, Fələstin və Livanın məzlum xalqı ilə həmrəylik elan ediblər və İngiltərə Baş nazirinin ofisinə doğru yürüş ediblər. Bu, Qəzzə müharibəsi başlayandan bəri İngiltərədə Fələstin tərəfdarlarının sayca 20-ci etiraz aksiyasıdır.
İngiltərədə minlərlə insan Qəzzə və Livana dəstək üçün küçələrə çıxdı
Fələstini dəstəkləyən on minlərlə insan bu gün (5 oktyabr) şənbə günü Londonun mərkəzi küçələrində etiraz aksiyası keçirib, İsrail rejiminin Qəzzə və Livandakı vəhşi cinayətlərini pisləyərək, bu bölgələrin xalqı ilə həmrəy olduqlarını bildiriblər.