Şeyxülislam Allahşükür Paşazadənin də qatıldığıTürk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə rəhbərləri Şurasının görüşü keçirilib

Astanada keçirilən Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə rəhbərləri Şurasının görüşündə "İslam cəmiyyətin ənənələrini dəstəkləyir" və "Fətvaların verilməsi üzrə Fiqh məktəbi" adlı sənədlər qəbul olunub.

Astana görüşündə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə iştirak edib.

Qazaxıstanda baş tutan Şuranın beşinci iclasında çıxış edən Şeyxülislam A.Paşazadə TDT ölkələrinin liderlərinin Zirvə görüşlərinin ardınca baş tutan TDT dövlətlərinin dini liderlərinin Astana görüşlərinin əhəmiyyətinə toxunub, görülən işlər barədə danışıb.

İclasda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Türkiyə Diyanət İşləri Başkanı Ali Erbaş, Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Naurızbay Taqanulı, Özbəkistan Müsəlmanları Ruhani İdarəsinin sədri Baş Müfti Nuriddin Xoliknazarov, Qırğızıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Müfti Əbdüləziz Zakirov və Türk Dövlətləri Təşkilatının Baş Katibinin müavini Mirvohid Əzimov iştirak ediblər.

Şeyxülislam A.Paşazadə “Xoca Əhməd Yəsəvi irsi və təsəvvüf elmi” mövzusunda konfransda iştirak və çıxış edib.

 

Perprt.az