24 November 2022

Azərbaycan, Türkiyə və Qazaxıstan Orta Dəhlizin fəaliyyəinə dair Yol Xəritəsi imzalayacaq

Azərbaycan, Türkiyə və Qazaxıstan torpaqlarından keçən Orta Dəhlizin inkişaf etdirilməsi və fəaliyyətə başlaması üçün “2022-2027 Yol Xəritəsi”nin imzalanması planlaşdırılır.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sabah Aktau şəhərində keçiriləcək Azərbaycan-Türkiyə-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli görüşünə dair yaydığı məlumatda bildirilib.

Nardaran ziyarətgah-məscid kompleksi-VİDEO

Yeddi ildir qapları inanclıların üzünə qapadılan Nardaran piri. 2015-ci il məlum Nardaran hadisələrindən sonra müxtəlif bəhanələrlə inanclılrın ziyarətgaha gəlişi əngəllənən məkan üzərindən hələ də qadağalar götürülməyib. Qapısında 24 saat polisin keşik çəkdiyi bu ocağa nadir hallarda yalnız kənd sakinləri, o da sənədləri yoxlanıldıqdan sonra, buraxılırlar. Əksər vaxtlar isə “olmaz” deyib heç bir səbəb göstərilmədən ziyarətgaha heç yerli sakinlər də buraxılmırlar. 

Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikası Prezidentinin köməkçisi və Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilib

Azərbaycan Respublikası Prezidenti Administrasiyasında yeni şöbə yaradılıb. PA-da yeni yaradılan struktur Hərbi-texniki təminat məsələləri şöbəsidir. Prezident İlham Əliyevin sərəncamı ilə Andrey Vladimiro

Türkiyənin Suriyadakı hava hücumu ABŞ qüvvələrinə yaxın məsafədə həyata keçirilib

Operativtv.com Amerikanın Səsi-nə istinadən xəbər verir ki, Ankaranın Suriyadakı kürd döyüşçülərinə qarşı yeni hücumunun bir hissəsi olaraq, Türkiyənin son hava hücumu Suriyanın şimal-şərqindəki ABŞ qüvvələrinə çox yaxın olub və bu, bölgədə gərginliyi daha da artırıb.

Suriyada İslam Dövləti terror qruplaşmasına qarşı mübarizə aparan təxminən 900 ABŞ əsgərinə nəzarət edən ABŞ Mərkəzi Komandanlığı çərşənbə axşamı hücumun olduğunu və həmin vaxt bazada ABŞ personalından heç kimin olmadığını bildirib.

Hizbullahdan Qüdsdə Sionist Rejimə qarşı əməliyyatlar haqqında Bəyanat

Hizbullah Qüdsdə sionist rejimə qarşı əməliyyat keçirənləri təbrik edərək, vurğulayıb ki, bu əməliyyat Fələstin xalqının müqaviməti davam etdirmək üçün qəti və polad iradəyə malik olduğunu göstərib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Hizbullah öz bəyanatında bu açıqlamaları verib:

Səudiyyə Ərəbistanında bu ay 17 nəfər edam edilib

Səudiyyə Ərəbistanı rejimi noyabr ayında 17 nəfəri edam edib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Al'Teca telekanalının xəbərinə görə, Səudiyyə Ərəbistanı rejimi noyabr ayında 17 nəfəri edam edib, onlardan üçü ötən bazar ertəsi edam edilib.

Birləşmiş Millətlər Təşkilatının bu mövzuda verdiyi açıqlamada bildirilib:

İCGB: “İGB layihəsinin icrası vaxtında başa çatdırılacaq”

Azərbaycan təbii qazını Yunanıstana, oradan isə Bolqarıstana nəlq edilməsini nəzərdə tutan Yunanıstan-Bolqarıstan İnterkonnektorunda (İGB) tamamlama işləri EPC-podratçısı (layihələndirmə, satınalma, tikinti) tərəfindən elan edilmiş müddət ərzində və texniki tapşırığın bütün tələblərinə uyğun olaraq başa çatdırılacaq.

Operativtv.com bu barədə Report-a İGB boru kəmərinin əməliyyat şirkəti olan İCGB-yə istinadən xəbər verir.

Müxalifətçi borcunu ödədikdən sonra azadlığa buraxılıb

Operativtv.com Turan-a istinadən xəbər verir ki, bu gün Biləsuvar Rayon Məhkəməsi müxalifətçi Ziya İbrahimova qarşı cinayət işinə xitam verib. O, borcun ödənilməsilə bağlı məhkəmə qərarını yerinə yetirməməkdə ittiham olunurdu.

Vəkil Elçin Sadıqov Turan-a bildirib ki, müttəhim iki icra vərəqəsinə görə 9 min və 3,5 min manat ödəyib və məhkəmə cinayət işinə xitam verib. İbrahimov məhkəmə zalında sərbəst buraxılıb.

İndoneziyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 271-ə çatıb

İndoneziyada Fəlakətlərin İdarə Edilməsi Agentliyi Qərbi Yavanın Çianjur rayonunda baş verən zəlzələ nəticəsində ölənlərin sayının 271-ə yüksəldiyini açıqlayıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Fəlakətlərin İdarə Edilməsi Agentliyinin rəhbəri general-leytenant Suharyanto bu barədə açıqlama verib.

“Ümid” yatağından indiyədək 6 mlrd. kubmetrdən çox qaz hasil edilib

İstismara veriləndən 1 noyabr 2022-ci il tarixinə kimi Xəzərin Azərbaycan sektorunda yerləşən “Ümid” qaz-kondensat yatağından təqribən 6 mlrd. kubmetrdən çox qaz hasil edilib.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Energetika Nazirliyi öz “Facebook” səhifəsində paylaşım edib.

İran səfiri Azərbaycan XİN-in mətbuat katibi ilə görüşüb

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan XİN-in mətbuat xidmətinin rəisi Ayxan Hacızadə ilə görüşüb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə İran səfiri Tvitterdə yazıb.
Diplomat bildirib ki, görüşdə ikitərəfli və regional məsələlər müzakirə olunub. Tərəflər iki ölkə arasında jurnalist nümayəndə heyətlərinin mübadiləsinin vacibliyini qeyd ediblər.

Bin Salmanın cinayətləri Səudiyyə Ərəbistanının Argentina üzərində qələbə sevincini qırdı

Operativtv.com shafaqna-ya istinadən xəbər verir ki, twitter sosial şəbəkəsində bir istifadəçi Bin Salman rejiminin törətdiyi cinayətlərə toxunaraq, Səudiyyə Ərəbistanı milli futbol komandasının Argentinalı rəqibi üzərində qələbə sevincini bəzi ərəb vətəndaşlarına xatırladıb.

Türkiyə Misir və Yunanıstan arasında anlaşma memorandumunu tənqid edib

Türkiyə XİN Yunanıstan və Misir arasında axtarış-xilasetmə sahəsində əməkdaşlığa dair bu yaxınlarda imzalanan anlaşma memorandumunu tənqid edib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu ölkənin Xarici İşlər Nazirliyinin sözcüsü Tanju Bilgiç Misir-Yunanıstan arasında razılaşmanı tənqid edən açıqlamalar verib.

DTX: Sülhməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikalar daşınır

Operativtv.com xəbər verir ki, Noyabrın 23-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Katibinin Xidmətinin təşkilatçılığı ilə “Vətən müharibəsinin təcrübələri” mövzusunda konfrans işinə başlayıb.

Türkiyənin Suriyaya hava zərbələrində “YPG-nin sabiq müdafiə naziri” zərərsizləşdirilib

Türkiyənin Suriyada PKK və sair separatçı kürd birləşmələrinə qarşı hava zərbələrində YPG-nin rəhbərlik etdiyi “Suriya Demokratik Qüvvələri”nin “sabiq müdafiə naziri” ölüb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Sputnik.Arabik yerli mənbələrə istinadən məlumat yayıb.

MBH üzvündən xəbər yoxdur

Müsəlman Birliyi Hərəkatının üzvü Şahin Qədirovdan ailəsi heç bir xəbər ala bilmir. Dünən axşam 18-radələrində işdən çıxarkən naməlum şəxslər tərəfindən saxlanıldığı deyilən gəncin harada olduğu dəqiq məlum deyil. Ailə 102-xidmətinə bununla bağlı sorğu ünvanlayıb. Lakin onlar da saxlanılma ilə əlaqəli hər hansı bir xəbərə malik olmadıqlarını bildiriblər. Hüquq müdafiəçilərinin də məlumatlandırıldığı olay bundan öncəki saxlanılmaların eynidir. Bunu gəncin yaxınları bildirib.