Suriyanın "Əl-Əxbariyə" telekanalının müxbiri Deyr-əz-Zorun qərb ətrafındakı Əyyaş bölgəsində partlayış baş verdiyini bildirib. Hadisənin xarakterini müəyyən etmək məqsədilə araşdırmaların aparıldığı qeyd olunub.
Partlayışın baş verdiyi əraziyə təcili yardım və mülki müdafiə qruplarının göndərildiyi bildirilib.
Suriyanın rəsmi xəbər agentliyi (SANA) da ölkənin şərqində, Deyr-əz-Zorun qərb ətrafında yerləşən Əyyaş qəsəbəsində partlayış səsinin eşidildiyini və hadisə ilə bağlı araşdırmanın davam etdiyini xəbər verib.
Eyni zamanda, "Al Jazeera"nın müxbiri Deyr-əz-Zor əyalətinin Əyyaş bölgəsindəki silah anbarında baş verən partlayış nəticəsində bir neçə nəfərin xəsarət aldığını bildirib.
Şərqi Suriyada partlayış