Sepah Suriyada sui-qəsdə məruz qalan polkovnikinə görə intiqam vədi verib

Sepah komandanı hərbi müşavir Davud Cəfərinin Suriyada sui-qəsdə məruz qalması ilə bağlı intiqam xəbərdarlığı edib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçilər Ordusunun komandanı Hüseyn Səlami bu günkü açıqlamasında deyib.

O, bu gün Davud Cəfərinin dəfn mərasimindən sonra FarsNews-a verdiyi açıqlamada “polkovnikin şəhid edilməsinin cavabsız qalmayacağını” deyib.

İntiqamın necə alınacağı ilə bağlı sualı cavablandıran Hüseyn Salami Fələstinin işğal edilmiş ərazilərindəki vəziyyəti dilə gətirib və burada müqavimət cəbhəsinin vahid bədən üzvləri kimi bir-birinə bağlı şəkildə müqaviməti artıracaqlarını deyib.

“Amma hər bir şəhidin ayrı-ayrılıqda intiqamı var və bu qisaslar uyğun vaxtda və məkanda alınacaq və bu ana qədər də belə olub”, deyə o bildirib.