İran şərtləri qəbul etməyincə Hörmüz boğazını gəmiçilik üçün açmayacaq

ABŞ Tehranın irəli sürdüyü şərtləri qəbul etməyincə, İran Hörmüz boğazını gəmiçilik üçün açmayacaq.

Bu barədə İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf bildirib.

"Bu şərtlər yerinə yetirilməyənədək, İran xalqının qanuni hüquqları tanınmayanadək və amerikalıların öhdəlikləri icra olunmayanadək danışıqların əvvəlki şərtlərinə qayıtmaq və Hörmüz boğazını açmaq üçün zərrə qədər də imkan qalmayacaq", - deyə o vurğulayıb.

Daha əvvəl İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi bəyan etmişdi ki, İran hakimiyyəti Qətər vasitəçiləri ilə ABŞ-yə müharibənin dayandırılması üçün şərtlərini təqdim edib və ABŞ Prezidenti Donald Trampın cavabını gözləyir.