Türkiyə Misir və Yunanıstan arasında anlaşma memorandumunu tənqid edib

Türkiyə XİN Yunanıstan və Misir arasında axtarış-xilasetmə sahəsində əməkdaşlığa dair bu yaxınlarda imzalanan anlaşma memorandumunu tənqid edib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu ölkənin Xarici İşlər Nazirliyinin sözcüsü Tanju Bilgiç Misir-Yunanıstan arasında razılaşmanı tənqid edən açıqlamalar verib.

"Yunanıstanın Aralıq dənizinin şərqində axtarış-xilasetmə ilə bağlı Misirlə anlaşma memorandumu imzalaması, Afinanın isə beynəlxalq hüququ pozaraq günahsız sığınacaq axtaranları Egey dənizinə itələyərək həyatlarını riskə atması ciddi ziddiyyətdir", deyə Bilgiç bildirib.

Bilgiç əlavə edib ki, dənizdəki axtarış-xilasetmə zonaları “insan həyatının xilas edilməsi üçün xidmət sahələridir və bu ərazilər beynəlxalq hüquqa uyğun olaraq suverenlik əraziləri deyil”.