MBH üzvündən xəbər yoxdur

Müsəlman Birliyi Hərəkatının üzvü Şahin Qədirovdan ailəsi heç bir xəbər ala bilmir. Dünən axşam 18-radələrində işdən çıxarkən naməlum şəxslər tərəfindən saxlanıldığı deyilən gəncin harada olduğu dəqiq məlum deyil. Ailə 102-xidmətinə bununla bağlı sorğu ünvanlayıb. Lakin onlar da saxlanılma ilə əlaqəli hər hansı bir xəbərə malik olmadıqlarını bildiriblər. Hüquq müdafiəçilərinin də məlumatlandırıldığı olay bundan öncəki saxlanılmaların eynidir. Bunu gəncin yaxınları bildirib. Onlar Şahinin hər hansı bir cinayətlə əlaqəsinin olmadığını, onun gündəlik işlə məşğul olan sakit bir şəxs olduğunu söyləyiblər.

Məlumat üçün deyək ki, MBH üzvüləri hakimiyyət tərəfindən qanunsuz həbsləri artıq yeni hal deyil. Bir müddət öncə məhkəmə önündən saxlanılaraq fiziki işgəncələrə məruz qalan hərəkat üzvüləri hakimiyyət tərəfindən MBH-nin hədəfə alınmasının bariz nümunəsidir.