Türkiyənin Suriyaya hava zərbələrində “YPG-nin sabiq müdafiə naziri” zərərsizləşdirilib

Türkiyənin Suriyada PKK və sair separatçı kürd birləşmələrinə qarşı hava zərbələrində YPG-nin rəhbərlik etdiyi “Suriya Demokratik Qüvvələri”nin “sabiq müdafiə naziri” ölüb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Sputnik.Arabik yerli mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, “Suriya Demokratik Qüvvələri”nin “sabiq müdafiə naziri” Rizan Kolu pikap avtomobilini idarə edən zaman Türkiyə dronlarının hücumuna məruz qalıb.

Əlavə edilib ki, Qamışlı şəhərində Qarmuti dairəsi yaxınlığında endirilən bu hava zərbəsində o, və onunla yanaşı iki nəfər ölüb.

Qeyd edək ki, Türkiyə İstanbulda həyata keçirilən terror hücumundan sonra İraq və Suriyanın şimalında PKK, YPG və sair separatçı kürd birləşmələrinə qarşı havadan zərbələr endirməyə başlayıb.

ABŞ bu hücumların dayandırılmasını tələb edib.