Səbail Rayon Məhkəməsi son beş ayda Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimli ilə bağlı verilən səkkiz şikayəti baxılmadan geri qaytarıb.
Bu barədə sentyabrın 22-də AXCP-nin mətbuat xidməti məlumat yayıb.
Açıqlamaya görə, sonuncu şikayət sentyabrın 21-də geri qaytarılıb. Həmin müraciət Əli Kərimlinin informasiya almaq hüququnun pozulması iddiası ilə bağlı olub.
Partiya bildirib ki, digər müraciətlər AXCP sədrinin atasının dəfn mərasimində iştirakı, işgəncəyə məruz qalması, müdafiə, ailəsi ilə görüş və telefon danışığı hüquqlarının pozulması, eləcə də əlyazmalarının alınması ilə bağlıdır.
Mətbuat xidmətinin bildirdiyinə görə, məhkəmə müraciətlərin geri qaytarılmasını bu növ şikayətlərin verilməsinin Cinayət-Prosessual Məcəllə ilə tənzimlənməməsi ilə əsaslandırıb.
“Şikayətin necə və hansı məhkəməyə verilməli olduğuna dair də heç bir aydınlıq gətirilmir”, - açıqlamada qeyd olunub.
Əli Kərimli 2025-ci il noyabrın 29-dan DTX-nin istintaq təcridxanasında saxlanılır. Ona qarşı Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə - hakimiyyəti zorla ələ keçirməyə, onu zorla saxlamağa və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərdə ittiham irəli sürülüb.
Əli Kərimli ilə eyni cinayət işi üzrə AXCP Ali Məclisinin katibi Məmməd İbrahim də həbs olunub. Ona da Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə ittiham verilib.
Hökumətyönlü media onların həbsini Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan “Ramiz Mehdiyev işi” ilə əlaqələndirib. Ə.Kərimli Ramiz Mehdiyevlə əməkdaşlıq etməsi barədə iddiaları əsassız adlandırıb.
Məhkəmə Əli Kərimli ilə bağlı verilən səkkiz şikayəti baxılmadan geri qaytarıb