İranın Səfərbərlik Təşkilatının rəhbəri Hüseyn Taib 30 milyondan çox "Fədai"nin (fədakar könüllülər) müdafiə sahəsində əməkdaşlıq etməyə hazır olduğunu açıqlayıb.
Taib "İran Fədailəri" təliminin üçüncü mərhələsinin başladığını və bu qüvvələr üçün nəzərdə tutulmuş ilk ixtisaslaşdırılmış bazanın fəaliyyətə başladığını elan edib.
Müdafiə vəzifələrini yerinə yetirməyə hazır olan könüllülərin batalyonlar şəklində təşkil olunduğunu qeyd edən Taib deyib: "Bizim 30 milyondan çox Fədaimiz var və bu xalq hər bir sahədə qələbə qazanıb".
Bu hazırlıq vəziyyətinin düşmənin səhvə yol verməsinin qarşısını almaq məqsədi daşıdığını bildirən Taib qeyd edib: "Əgər düşmən səhvə yol versə, xalqımız bu dəfə də cavab verəcək və düşmənə daha ağır məğlubiyyət yaşadacaq".
"Müqəddəs Müdafiə Həftəsi" tədbirləri və ABŞ ilə İsrailin hücumlarına qarşı müqavimətin 200-cü gecəsi münasibətilə təşkil edilən "İran Fədailəri" təlimi cümə günü səhər saatlarında yüz minlərlə insanın iştirakı ilə başlayıb.
İran rəsmiləri ictimaiyyətin vətəni və milli nailiyyətləri qorumaq üçün səfərbər olmağa hazır olduğunu vurğulasa da, raket və pilotsuz uçuş aparatlarının hazırlanması işlərinin davam etdiyi ölkədə silahlı qüvvələrin də potensial hücuma cavab vermək üçün ən yüksək hazırlıq səviyyəsində olduğu bildirilir.
İranda 30 milyondan çox "Fədai" müdafiəyə hazırdır