DÇ-2022: İsveçrə millisi Kameruna qalib gəlib

Qətərdə keçirilən dünya çempionatının G qrupunda mübarizəyə start verilib.

Operativtv.com Report-a istinadən məlumatına görə, qrupun ilk oyununda İsveçrə və Kamerun yığmaları qarşılaşıblar. Görüş Avropa təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 48-ci dəqiqədə Bril Embolo vurub.

Bu qələbədən sonra İsveçrə yığması 3 xalla zirvədə qərarlaşıb. Xalı olmayan Kamerun sonuncudur. Qrupun digər matçında Braziliya Serbiyanı sınağa çəkəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.