Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası ölkədə fəaliyyət göstərən bir sıra siyasi qüvvələrin qadağan edilməsi tələbi ilə Konstitusiya Məhkəməsinə təqdim etdiyi iddianı yeniləyib.
Bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili açıqlayıb.
Onun sözlərinə görə, yenilənmiş iddiaya “Qaxariya Gürcüstan naminə” partiyası da daxil edilib.
Papuaşvili bildirib ki, sənəd imzalanıb və bu gün Konstitusiya Məhkəməsinə təqdim olunacaq. Spiker qeyd edib ki, iddia ictimaiyyət üçün açıq olacaq və hər kəs onun məzmunu ilə tanış ola biləcək.
O, Konstitusiya Məhkəməsinin məsələyə nəzərdə tutulan doqquz aylıq müddətdən daha əvvəl baxa biləcəyini də deyib.
Qeyd edək ki, “Gürcü Arzusu” ötən ilin oktyabrında Vahid Milli Hərəkat Partiyası, “Dəyişikliklər naminə” koalisiyası, “Lelo – Güclü Gürcüstan” və “Federalistlər” partiyalarının Konstitusiyaya zidd elan olunması tələbi ilə məhkəməyə müraciət edib. Vahid Milli Hərəkat Partiyasının təsisçisi sabiq prezident Mixeil Saakaşvilidir.
“Gürcü Arzusu” bir neçə partiyanın qadağan olunması ilə bağlı iddianı yeniləyib